57
Rixard Vaqner
Mənim həyatım
vaxtlar kürəkənimiz də ciddi təhlükə altında idi. O, işçilərin nifrətinin yönəldiyi
əsas obyektlərin - tipoqrafiyasının, sürətli çap dəzgahlarının talandan xilas olması-
na görə öz ruh yüksəkliyinə və uzaqgörənliyinə borcludur. Mülkiyyətinin gələcək
hücumlardan qorunması üçün xüsusi tələbə tağımları qurulmuşdu. Sahibkarın bu
şən tağımlar üçün öz bağında, xüsusi pavilyonda təşkil etdiyi möhtəşəm ziyafət
tələbəliyin bütün qaymaqlarını ora cəlb etmişdi.
Kürəkənimizi bir neçə həftə ərzində gecə və gündüz fasiləsiz qoruyurdu-
lar. Deyilənə görə, qara camaatın hücumları gözlənilirdi. Mən burada, universi-
tetin fəalları arasında bu qonaqpərvərliyin və məclislərin vasitəçisi kimi sevilir,
hörmət görürdüm. Uzun müddət şəhər darvazalarının mühafizəsi tələbələrin
əlində qaldı. Tələbələrin Leypsiqdə görülməmiş hörmətlə əhatə olunması dörd bir
tərəfdən olan tələbələrin bura axışmasına səbəb olmuşdu.
Hallischen Thor
a hər
gün Qalledən, İyenadan, Gettingendən və hətta daha ucqar yerlərdən ən ümidsiz
tələbələrlə dolu böyük arabalar gəlirdi. Qauptvaxtda yerləşən şəhər darvazalarının
yanında enən tələbələr mehmanxanalara, özəl mənzillərə köçmədən, elə həftələrlə
orada qalırdılar. Onlar şəhərin hesabına yaşayırdılar. Yediklərinə və içdiklərinə
görə xərcləri polisə təqdim edir və yalnız bir işlə-vətəndaşların arasında nara-
zılığın zəifləməsinin qarşısını almaqla məşğul olurdular, çünki belə olmayacağı
təqdirdə onların mühafizə xidmətləri də lazımsız bir şeyə çevriləcəkdi. Hər gün
və təəssüf ki, hər gecə bütün ümumi işlərdə iştirak edir, hər vəchlə doğmalarımın
bütün baş verənlərin, bütün bu tədbirlərin vacibliyinə inamını dəstəkləməyə çalı-
şırdım. Daha sakit və həqiqətən oxuyan tələbələr tez bir zamanda mühafizə funk-
siyalarının yerinə yetirilməsi işindən geri çəkildilər və yalnız “mütləq tələbəlik”in
qalıqları işlərinə o qədər inadla sadiq qalmışdılar ki, hakimiyyət də sonradan
bu gənc adamları vəzifələrindən azad etmək üçün xeyli güc sərf etməli olmuş-
du. Mən sona qədər dözdüm və yaşım üçün təəccüblü hesab olunacaq tanışlıq-
lar qurdum. Ən islaholunmaz tələbələrin çoxu Leypsiqdə qaldılar və mühafizə
funksiyaları bitəndən sonra xüsusilə ümidsiz, yolunu azmış gənclər kimi şəhərdə
məskunlaşdılar. Bir çox universitetlərdən dava-dalaş və borclara görə dəfələrlə qo-
vulmuş gənclərə sırf yaranmış xüsusi şəraitə görə əvvəlcə Leypsiqdə qucaq açmış,
indi isə onlar etibarlı sığınacaq tapmışdılar.
Ona görə bir gün özümü keçmişin tarixi faktlarını xatırladan siyasi ha-
disələrin müasiri kimi görəndə necə sarsıldığımı təsəvvür etmək çətin olmaya-
caq. Mən indicə korrektə etdiyim vərəqlərdən çıxmış dövləti hadisələrlə birbaşa
üz-üzə qalmışdım. “Leypsiq qəzeti”nin xüsusi buraxılışları Parisdəki iyul inqila-
bından xəbər gətirirdi. Fransız kralı taxtdan endirilmişdi, mənim təxəyyülümdə
tarixin nağıl dumanı arasından canlanan Lafayet yenidən Paris küçələrində xalqın
sevinc nidaları altında qələbəni qeyd edirdi. İsveçrə qvardiyası yenidən Tyüliri
sarayından qovulmuşdu. Yeni kral xalq qarşısında özünü təsdiqləmək üçün res-