Rixard Vaqner
Mənim həyatım
58
publikaçı olduğunu elan etdi. Bu cür hadisələrin baş verdiyi epoxada yaşadığı-
nı dərk etmək on yeddi yaşlı yeniyetməyə qeyri-adi təsir göstərməli idi. Həmin
gündən mən tarixi daha yaxşı anlamağa başladım və əlbəttə, bütünlüklə inqilabın
tərəfində oldum: mənə görə bu ilk fransız inqilabını ləkələyən qanlı hadisələrdən
azad cəsur və qələbə qazanmış xalq azad mübarizəsi idi. İnqilab dalğası tezliklə
bütün Avropaya yayılıb hər yeri sarsıdaraq yoluna çıxan gah bu, gah o biri alman
hökumətinə toxunan zaman, mən də uzunmüddətli qızdırmalı və gərgin həyəcan
keçirirdim. İlk dəfə mənə vaxtı ötmüş köhnə dünya ilə ümidlərlə dolu yeni dün-
ya arasındakı mübarizə kimi görünən hərəkatların səbəbləri barədə düşünməyə
başladım. Hərəkat Saksoniyadan da yan ötmədi. Drezdendə vəziyyət məlum si-
yasi dəyişikliklərə səbəb olan küçə iğtişaşlarına qədər çatdı. Daha dəqiq desək,
gələcək kral Fridrix ölkənin şərikli hakimi elan edildi və konstitusiya quruluşu
təsbit olundu. Bu hadisələr məni siyasi uvertüra yazmağa ilhamlandırdı. Uver-
türa tündməcaz tonlarda başlayırdı, lakin sonra isə izahatında “Fridrix və azad-
lıq” sözlərini yazdığım mövzu sezilirdi. Bu mövzu get-gedə tam qələbəyə qədər
genişlənməli və zənginləşməli idi. Bu uvertüranın uğuruna inanır və onu tezliklə
Leypsiqin bağ konsertlərinin birində eşitməyə ümid edirdim.
25
Mənim gözlərimdə bu hadisələr zəlzələ kimi ənənəvi qayda-qanunu,
həyatın axışını darmadağın etmişdi. Yeznəm Fridrix Brokhauz Leypsiqin əvvəlki
hakimiyyətini sakitliyi və sabitliyi qoruya bilməməkdə haqlı olaraq günahlandır-
dığı əsas müxalif hərəkatın axınına qoşulmuşdu. Ratuşada magistratura üzvlərinə
qarşı ünvanlanmış cürətli çıxışları onu məşhurlaşdırmışdı. O, Leypsiqdə yenidən
yaradılmış kommunal qvardiyanın vitse-komendantı seçilmişdi. Nəhayət, bu qvar-
diya heyranı olduğum tələbələri şəhər darvazalarındakı mühafizə vəzifələrindən
sıxışdırmışdı. Artıq piyadaları dayandırıb pasportlarını yoxlamaq qadağan olun-
muşdu. Əvəzində yeni vətəndaş polisində fransız milli qvardiyasına bənzər
cəhətlər görürdüm. Brokhauzu isə Saksoniyanın Lafayetinə bənzədirdim və bu
onsuz da yüksək dərəcədə olan gərgin olan həyəcanım üçün arzuolunan qida
mənbəyinə çevrilmişdi. Həvəslə qəzetləri oxumağa və siyasətlə maraqlanmağa
başladım. Lakin şəxsi maraqlar baxımından siyasət məni sevimli tələbə mühitinə
xəyanət edəcək dərəcədə cəlb etmirdi. Mən onların ardınca şəhər darvazalarındakı
qauptvaxtadan oxuyan gəncliyin şöhrətinin yenidən gizləndiyi adi yeməkxanalara
qədər getdim.
Özüm də xüsusi həvəslə və tezliklə tələbə olmaq istəyirdim. Buna yalnız bir
yolla nail olmaq mümkün idi: yenidən gimnaziyaya daxil olmaq lazım idi. Rekto-