59
Rixard Vaqner
Mənim həyatım
ru qoca və zəif olan
Thomas Schule
də uğur qazanmaq ümidim var idi. Bu məktəbə
1830-
cu ilin payızında yalnız bir məqsədlə - oranı ziyarət edərək buraxılış imta-
hanlarında iştirak etməyə haqq qazanmaq üçün daxil oldum. Ən əsası da bu idi ki,
gimnaziyada həmfikirlərimlə birgə
Pennaler
lərin tələbə korporasiyasına bənzəyən
birliyini yaratmışdım. Təşkilat mümkün qədər vasvasalıqla hazırlanmışdı: “Com-
ment”, qılıncoynatma dərsləri, rapira duelləri var idi. Korporasiyanın tələbəliyin
əsl başçılarından bir neçəsinin də dəvət olunduğu açılış mərasimində mən
Subse-
nior
kimi sədrlik edirdim. Əynimə ağ dəridən dar şalvar və hündür dabanlı çəkmə
geyinmişdim. Artıq əsl tələbə olanda məni gözləyən həyatın zövqlərini dadmağa
başlamışdım. Lakin
Thomas Schule
nin müəllimləri mənim tələbə olmaq səylərimə
birmənalı yardımçı olmaq fikrində deyildilər. Yarım ilin sonunda onlar mənim
gimnaziya dərsləri ilə demək olar ki, maraqlanmadığımı kəşf etmişdilər və heç cür
etiraf etmək istəmirdilər ki, artıq mən yüksək biliklərimlə akademik vətəndaşlığa
haqq qazanmışam. Hər şeyə son qoymaq lazım idi: ailəmə izah etdim ki, mən
universitetdə işlə qazanclı karyerə qurmaq fikrində deyiləm. Əksinə, musiqiçi
olmaq qərarına gəlmişəm. Universitetə
Studiosus muscae”
kimi qəbul olmağıma
heç nə mane olmurdu. Gimnaziya hakimlərinin pedantik qınaqlarını boşlayıb bu
tamamilə yararsız məktəbi tərk etdim və xalqın təlaşlı günlərində tanış olduğum
universitet rektoruna birbaşa müraciət etdim. Ondan məni universitetə musiqi
tələbəsi kimi qəbul etməyini xahiş edirdim. Müvafiq məbləği köçürdükdən sonra
heç bir çətinlik çəkmədən buna nail oldum.
Tələsmək lazım idi. Bir həftə sonra pasxa tətili gəlirdi, tələbələr Leypsiqdən
dağılışırdılar. Əks təqdirdə, bayram bitənə qədər korporasiyaya qəbul olunma-
ğı unutmalıydım. Həmin bu vaxta qədər haqqım çatmadan qaldığım Leypsiqdə
çoxdan can atdığım həmyerli korporasiyalarının nişanını daşımadan yaşamaq isə
mənə əsl zülm olardı. Rektorun yanından birbaşa tələbələrin qılıncoynatma zalına
qaçdım ki, tələbə biletimi göstərib Saksoniya həmyerli korporasiyasına qəbul olun-
maq üçün müraciət edim. Məqsədimə çatmışdım. Artıq o dövrlərdə tərkibində
çoxlu tərbiyəli gənclər olduğu üçün çoxlarının sevdiyi və hörmət etdiyi “Saksoni-
ya” korporasiyasının rənglərini öz geyimimdə daşıya bilərdim.
26
Saksoniya” korporasiyasının Leypsiqdəki yeganə nümayəndəsi olduğum
pasxa tətilində başıma qeyri-adi işlər gəldi. Bizim korporasiyamız ilkin olaraq
zadəganlardan təşkil olunmuşdu və onlara tələbəliyin ən eleqant elementləri qo-
şulmuşdu. Əksəriyyət Saksoniyanın, xüsusilə, əsas şəhər kimi Drezdenin az-çox
hörmətli, imkanlı ailələrindən çıxmışdı və tətilləri öz evlərində keçirirdilər. Tətil