Rixard Vaqner
Mənim həyatım
60
vaxtı Leypsiqdə yalnız vecsiz, yabanı həyat sürən tələbələr qalırdı. Bunu isə tətil
adlandırmaq olmazdı. Daha doğrusu, onlar ömür boyu tətil yaşayırdılar. Onla-
rın arasında bayaq dediyim kimi tələbəliyin şöhrətli vaxtlarında bu şəhərdə son
sığınacaq tapan ümidsiz və coşğun gənc vəhşilərdən ibarət birlik xüsusən seçi-
lirdi. Mənə fövqəladə təsir göstərən və fantaziyamı oyadan bu yaxşı oğlanlarla
Brokhauzun mülkünü qoruyan vaxt tanış olmuşdum. Universitet kursu 3 il çəksə
də, bu gənclərin çoxu altı-yeddi il ərzində universitetdə qalır, vətənlərinə qayıt-
mırdılar. Mən Gebhardt adlı qeyri-adi yaraşıqlı və güclü bir oğlana xüsusi hey-
ranlıq bəsləyirdim: onun qəhrəmanlara xas qaməti bütün yoldaşlarını üstələyirdi.
Bir dəfə iki sağlam və güclü dostu ilə küçədə əl-ələ gedərkən onları göyə, başı-
nın üzərinə qaldırmaq gəlmişdi ağlına, sonra da gedə-gedə öz adam - qanadlarını
çırpmağa davam etmişdi. O, qarşıdan şütüyən arabanın arxa təkərinin milindən
yapışıb asanlıqla dayandıra bilərdi. Ağılsız idi, amma heç kim onun gücündən
qorxub bu barədə danışmazdı və beləliklə, onun məhdudluğu çox da gözə
dəymirdi. Sakit temperamentlə dəhşətli güc ona xüsusi ləyaqət verərək digər
fanilərdən fərqləndirirdi. Leypsiqə yoldaşı Degelo ilə birlikdə Meklenburqdan
gəlmişdi. O da güclü və çevik idi, ancaq ölçüləri Gebhardt kimi nəhəng deyildi,
canlı xasiyyəti, qeyri-adi hərəkətli sifəti ilə seçilirdi. Keçmişdə macəralarla dolu
coşğun və azğın həyatı olmuşdu. Bu həyatın məzmunu oyun, sərxoşluq, sevgi öz-
başınalıqları və duellərə daim hazırlıqdan ibarət idi. Digər əkizləri kimi bu şəxs də
tələbə kodeksinə uyğun vəhşi qürurla ironik-pedantik soyuqluğun qarışığından
ibarət idi. Özünə qarşı kinli laqeydlik Degelonun vəhşi, ehtiraslı temperamentinə
şeytani cazibə verirdi. Lakin digərlərinə münasibətdə o, çox vaxt məlum cəngavər
nəcibliyini göstərirdi. Bu iki az-çox parlaq fiqurun ətrafında digərləri də top-
laşmış, birlikdə tələbə əxlaqsızlığının və təkəbbür həddinə çatan kişiliyin əsl
nümayəndələrindən ibarət kompaniya yaratmışdılar. Nibelunqdan olan Ştelser
adlı Lope ləqəbli avara artıq iyirminci semestr idi ki, universitetə gedib-gəlirdi. Bu
adamların hamısı sönən keçmişin son qalıqları idi. Onlar ölüməməhkumdünyanın
son nümayəndələri idilər və bunu özləri də dərk edirdilər. Elə bütün davranışları
da bu özünüdərklə, qarşısıalınmaz və getdikcə yaxınlaşan sona inamları ilə izah
olunurdu. Onların arasında xoş rəftarı, inkişafı və hazırcavablığı ilə məni xüsusən
cəlb edən Şreter də var idi. Əslində onun “ümidsizlər”ə bir elə aidiyyətı yox idi,
amma onlar arasında sakit müşahidəçi mövqeyi tuturdu. Mühitdə hamı onu sevir
və həvəslə görüşürdülər. Məndən kifayət qədər böyük olsa da, Şreterlə həqiqətən
dostluq edirdim. Onun vasitəsilə ilk dəfə Haynrix Haynenin hekayələri, şeirləri ilə
tanış olmuş, ondan bir neçə yüngül lətif ifadə də öyrənmişdim. Həvəslə Şreterin
təsirinə düşüb onunla ünsiyyətdən təsirli xarici görünüş və davranışla bağlı fay-
dalı məlumatlar da öyrənməyə ümid edirdim. Hər gün onunla görüşməyə çalışır,
adətən onu ya
Rosenthal
da, ya da
Kintschy
isveçrə komasında, həmişə məndə qor-