61
Rixard Vaqner
Mənim həyatım
xu və heyranlıq qarışıq bir hiss oyadan pəhləvanların əhatəsində tapırdım. Hamısı
mənim mənsub olduğum həmyerli korporasiyası ilə düşmənçilik edən korporasi-
yalara aid idilər. Həmin dövrün korporasiya ruhu, icma münasubətlərinin xarak-
teri ilə tanış olanlar bunun nə mənaya gəldiyini anlayar: düşmən nişanlarını və
rənglərini görən kimi hətta ən yumşaqəlbli - əgər beləsi var idisə - insanların da
qəzəbdən gözü dönürdü. Hər halda mən – əynində düşmən boyaları olan cavan, cı-
lız tələbəcik, nə qədər ki ayıq idlilər, onların arasında inamla gəzişə bilirdim və bu
onların xeyirxah razılığı ilə qarşılanırdı. Lakin öz korporasiyamın rənglərini mən
xüsusi şəkildə qabardırdım: Leypsiqdə hələ korporasiyanın bəzi üzvlərinin qaldı-
ğı həmin qısa səkkiz gün ərzində çox gözəl, parlaq gümüşü naxışlı sakson şlyapası
tapa bilmişdim, onu ilk dəfə sonralar Drezdendə yüksək çinli polis məmuru olacaq
Müllerdə görmüşdüm . Görən kimi papağı əldə etmək istəmişdim. Müllerin mad-
di çətinliklərindən və tətildə evə getmək arzusundan istfadə edib papağı mənə
satmasına məcbur etmişdim. Papağıma baxmayaraq bu vəhşi pələnglər məni öz
yuvalarına buraxırdılar. Dostum Şreterin burada xüsusi təsiri var idi. Lakin qroq -
bu kompaniyanın özəl içkisi təsir etməyə başlayanda bədbin baxışları sezir və əsl
mənası sərxoşluqdan dumanlanmış şüuruma çatmayan təhdidləri eşidirdim.
Bu şərtlərdə mən istər-istəməz başıma iş açmalı idim. Əlbəttə, belə də oldu.
Lakin bunun səbəbi adətən fikir vermədiyim xırda bizləmələrlə müqayisədə daha
vacib görünən bir məsələ idi. Bu çaxnaşma mənim üçün şərəf məsələsi idi və uzun
müddət məlum xoş məmnunluq hissi yaradırdı. Bir dəfə Şreterlə tez-tez getdi-
yimiz kiçik şərab zirzəmilərindən birində oturarkən Degelo yaxınlaşmışdı. İntim
söhbət zamanı təvazökarlıqla gənc və gözəl bir aktrisaya maraq göstərdiyini etiraf
eləmişdi ki, Şreter də onun istedadına şübhə etdiyini bildirmişdi. Degelo belə ca-
vab vermişdi: qoy, kim necə istəyir düşünsün, lakin o, bu gənc xanımı truppadakı
bütün qadınlardan ədəbli hesab edir. Ondan soruşdum ki, bacımın ondan daha
az ədəbli olduğunu düşünürmü? Heç məni təhqir etmək fikri olmayan Degelo
şərəf barədə tələbə təsəvvürlərinə əsasən ləyaqətini itirmədən əlindən gələni etdi:
o, məni sakitləşdirmək üçün dedi ki, əlbəttə, bacımı daha az ədəbli hesab etmir,
lakin adını çəkdiyi gənc xanım barədə fikrindən də dönmür. Buna cavab olaraq
mənim tərəfimdən ənənəvi müharibə çağırışı səsləndi: “Sən axmaq uşaqsan”. Yet-
kin adama ünvanlanmış sözlər mənim özümə də gülünc səsləndi. İlk anda Dege-
lonun dartındığını, gözlərində şimşək çaxdığını xatırlayıram. Lakin cəld özünü
ələ alıb bu cür bəyanatlar zamanı tələb olunan formallıqları yerinə yetirməyə baş-
ladı. “Əyri qılınclar”a çağırış səslənmişdi. Bu hadisə mənə şöhrət gətirdi və indi
ənənəvi mühitdən kənarlaşmaq istəyim heç vaxt olmayacaq qədər daha az idi.
Hərçənd, bu avaraların mənə münasibətlərinə qarşı daha diqqətli olmağa başla-
dım və nəticədə uzun müddət mənimlə bu dəhşətli qalmaqalçılar arasında az qala
hər axşam mübahisələr yaranır və demək olar, hər dəfə çağırışlar səslənirdi. Bu,