Rixard Vaqner
Mənim həyatım
62
korporasiyamızın üzvlərindən biri qraf Solms Leypsiqə qayıdana qədər davam
etdi. O, mənə qonaq oldu, baş verənlər barədə soruşdu və hərəkətimi təriflədi.
Lakin korporasiyamızın digər üzvləri gələnə qədər rəngləri geyinməməyi və
qoşulduğum pis kompaniyadan uzaqlaşmağı məsləhət gördü. Xoşbəxtlikdən,
bu çox çəkmədi. Universitet canlandı, qılıncoynatma zalı yenidən dolub-daşdı.
Tələbələrin təbirincə desək, qeyri-adi və heybətli vəziyyətə görə yarım düjün ava-
ranın rapirasının ucunda “asılı” qaldığım üçün “fuks”lar, gənc korporasiyaçılar,
hətta “Saksoniya”nın
Corpsbursch
ları arasında hörmət qazanmışdım. Bütün for-
mallıqlar tənzimlənmişdi, müxtəlif duellər arasında fasilələr təyin olunmuşdu və
mənə “senyorlar”ın qayğısı sayəsində qılıncoynatmada bir qədər çeviklik qazan-
maq üçün lazımlı vaxt ayrılmışdı. Qarşıdan gələn və hər biri ölüm təhlükəsi vəd
edən duellərə qarşı laqeydliyimi özüm də anlamırdım. Lakin necə oldusa, tale
məni düşünülməmiş hərəkətlərin nəticələrindən qorudu. Bunu indinin özündə də
möcüzə hesab edirəm. Ona görə bu məqamda həmin məsələlərlə bağlı təfərrüatlı
danışmaq lazımdır.
27
Duelə hazırlamaq üçün məni bu cür müsabiqələrin xarakteri ilə işdə tanış
etməli idilər və buna görə mən şəxsən belə müsabiqələrdə iştirak etməli idim.
Lakin Fukslar yalnız bir şərtlə, xırda tapşırıqları yerinə yetirmək üçün müsabiqə
məkanına buraxılırdılar. Korporasiyanın fəxri, dəyərli silahı və həmyerli birliyi-
nin mülkiyyəti olan rapiraları bülövçüyə aparıb-gətirməyi bizə etibar edərdilər.
Bu təhlükəli tapşırıq idi və çox gizli yerinə yetirilməliydi. Çünki duellər qanun-
la qadağan olunmuşdu. Tapşırığı yerinə yetirən fuksa mükafat kimi baş tutacaq
dueldə tamaşaçı qismində iştirak etməyə icazə verilirdi. Mən bu şərəfə nail olan-
da müsabiqə
Burgstrasse
dəki bir restoranın bilyard otağında təşkil olunmuşdu.
Bilyardı kənara itələmişdilər və iştirak etməyə haqq qazanmış tamaşaçılar onun
üstündə oturmuşdular. Tamaşaçıların arasında mən də var idim. Bir az da yuxarı
qalxıb ürəyim döyünə-döyünə məni cəsarəti ilə ovsunlamış qorxulu tamaşaya ba-
xırdım. Bu dueldə mənə bir tanışım barədə əhvalat danışmışdılar. Lippert ləqəbli
yəhudi Levi bir dəfə elə bu restoranda baş verən döyüşdə elə enerjili şəkildə
geri çəkilmişdi ki, arxasında qapı açılanda dal-dalı gedə-gedə pilləkənlərə çıxıb
rəqibdən qorunaraq küçəyə qədər qaçmışdı, özü də bütün bu vaxtı xəyali düşməni
ilə döyüşməyi bir an belə unutmamışdı. Bir neçə cütlük bir-birini əvəz etdikdən
sonra “Markomanlar”ın senyoru Tempellə universitetdə artıq on dörd semestrdi
təhsil alan” Volfart adlı köhnə tələbə arasında duel başladı. Mən də gələcəkdə
Volfartla yarışmalı idim. Adətən rəqibin belə bir dueldə iştirak etməsinə izn