63
Rixard Vaqner
Mənim həyatım
vermirdilər. Çünki o əvvəlcədən tərəf müqabilinin zəif cəhətlərini öyrənə bilərdi.
Ona görə senyorum Volfartdan mənin iştirakımı istəyib-istəmədiyimi soruşdu.
O isə laqeydliklə dedi ki, fağır “fuksciyəzi” rahat buraxsınlar. Beləliklə, mən öz
gözümlə bu oğlanın növbəti döyüş üçün yararsız hala gəldiyini gördüm. Eyni za-
manda, bu dueldə aşkarladığım təcrübə və çeviklik məndə aramızdakı müsabiqə
üçün ciddi təlaş yaratmalı idi. Rəqibi – hündürboy tələbə onun sağ əlinin dama-
rını kəsmişdi. Duel dərhal dayandırıldı və hakim elan etdi ki, Volfart uzun illər
silahdan istifadə etmək bacarığından məhrum olacaq. Bu şəraitdə elan olundu ki,
bizim duelimiz baş tuta bilməz. Hadisələrin bu cür gedişatından xoşum gəldiyini
gizlədə bilmərəm.
Bundan bir müddət sonra
Gruner Schenke
də həmyerli korporasiyalarının
ümumi “kommers”i baş tutdu. Bu cür “kommers”lər duelə səbəb olan qalmaqal-
ların yaranması üçün əsas meydan idi. Burada mən Tişer adlı biri ilə duel təyin
etdim, lakin eyni zamanda öyrəndim ki, iki daha dəhşətli rəqiblə duelim ləğv olu-
nub. Hər ikisi borclarını ödəmədiklərinə görə gizlənmişdilər. Yalnız onlardan biri
Lope ləqəbli dəhşətli Ştelser barədə müəyyən təfərrüatları öyrənə bilmişdim: o,
həmin vaxt qaçqın polşalıların Polşa sərhəddini aşıb Almanıyadan keçərək Fransa-
ya yollanmasından istifadə etmişdi. Özünü zərərçəkmiş döyüşçülərdən biri kimi
göstərib Əlcəzairə qədər gedə bilmişdi. Kommersdən qayıdanda duelə çıxacağım
Degelo mənə
Comment-Suspendu
dan istifadə etməyi təklif elədi – bu fəndə görə
əgər hər iki tərəf razı idisə (bizim halda isə məhz belə idi), rəqiblərə duelə qədər
ünsiyyət saxlamağa və söhbət etməyə icazə verilirdi, bunsuz duelçilər arasında
istənilən növ əlaqə qəti qadağan idi. Biz şəhərə əl-ələ qayıtdıq. Əzəmətli və bir o
qədər maraqlı həmsöhbətim cəngavər mərhəməti ilə bəyan etdi ki, bir neçə həftə
sonra mənimlə duelə çıxağacağı üçün şaddır, bunu özü üçün şərəf hesab edir və
zövq alır, çünki mənim xətrimi istəyir və alicənab davranışıma görə hörmət edir.
Nadir hallarda şəxsi uğurum qürurumu bu cür oxşayardı. Biz qucaqlaşıb təbiətinə
təntənəli olan və buna görə də məndə unudulmaz iz qoyan qarşılıqlı təminatlar
verərək ayrıldıq. Degelo mənə başa saldı ki, əvvəlcə Yenaya getməli, espadronlarla
dueldə iştirak etməlidir. Bir həftə sonra Yenadakı dueldə ölən Degelonun xəbəri
Leypsiqə gəlib çatdı.
28
Bu xəbər məni çox sarsıtmışdı. Elə bil, yuxudaydım. Ancaq qəfil xəbərdarlıq
gəldi ki, Tişerlə duelimin vaxtı çatıb. Bu bacarıqlı və enerjili qılıncoynadan boyu
balaca olduğu üçün seniorlar tərəfindən mənə ilk rəqib seçilmişdi. Qılıncoynat-
ma qabiliyyətimə etibar etməsəm də, bu müsabiqəyə laqeyd yanaşırdım. Təlimlər