Rixard Vaqner
Mənim həyatım
64
tələsik gedirdi və heç bir nəticə vermirdi. Həmin vaxt mən dərialtı xəstəlikdən
əziyyət çəkirdim və deyilənə görə, bu xəstəlikdə yaralar ciddi təhlükə idi. Bu
vəziyyəti qeyd etsəydim, dueli gecikdirmək olardı. Lakin bu barədə danışmaq
heç ağlıma da gəlməmişdi. Hərçənd, bu susqunluq nizamnamədənkənar hesab
olunurdu və mən yaralanacağıma tam əmin idim. Duel səhər saat 10 üçün təyin
olunmuşdu və mən bir neçə saat sonra dəlmə-deşik vəziyyətdə evə necə çatdı-
racağımı, bunun anama və bacıma necə təsir edəcəyini düşünüb gülümsəyərək
evdən çıxdım.
Bruhl
dakı seniorum yaşayan evə yaxınlaşanda o, məni pəncərədən
çağırdı. Bu sakit, xoşrəftar fon Şenfeld idi. O, dişlərinin arasında qəlyanını sıxıb
pəncərədən sallanmışdı və mənə “Evə gedə bilərsən, oğlan. Tişer xəstəxanadadır”
dedi. Yuxarı çıxanda bir neçə korporasiya üzvü ilə qarşılaşdım və öyrəndim ki,
Tişer dünən gecə sərxoş olub əxlaqsızlıq evlərindən birində dava edibmiş. Evin
sakinləri isə onu ən utancverici vəziyyətə salıbmışlar. Ordan da polis onu birba-
şa xəstəxanaya çatdırmışdı. Baş verənlər onun universitetdən çıxarılmasına və ən
əsası, tələbə təşkilatları mühitindən uzaqlaşmağına səbəb olmalı idi.
O xeyirsiz tətildə duelə çağırdığım digər avaraların niyə Leypsiqi tərk
etdiklərini xatırlamıram. Ancaq mənim tələbə şöhrətim tezliklə arxa plana keçdi və
yeni maraqlarla əvəzləndi. Bacarıqlıların, ard-arda dörd at qoşulmuş ekipajla bü-
tün şəhəri dolaşaraq getdiyi
Fuchs-Commers
başladı. Landesvater hakimiyyətinin
gözlənilməz gəlişi mənə həddindən artıq güclü təsir göstərdi və məni
Commers
i
son tərkedənlərdən biri olmaq kimi xüsusi bir həvəs bürüdü. Beləliklə, mən üç
gün - üç gecəni əsasən kart masası arxasında keçirdim.
Commers
də keçirilən ilk
gecədən bəri yaranan ehtiras məni şeytan toruna salıb dolaşdırmışdı. Zənginlərdən
hesab olunan bir neçə tələbə - təxminən yarım düjün idilər – sübhün gəlişi ilə
landsknextə oturdular və həmin andan oyunçuların mərkəzinə çevrildilər. Bu
mərkəzə gün ərzində şəhərdən qayıdan yeni üzvlər qoşulurdu. Bəziləri oyunun
davam edib-etmədiyinə baxmağa gəlirdilər, bəziləri şəhərə qayıdırdılar. Yalnız
mən bu altı nəfərin arasında qalıb səhər-axşam yerimi tərk etmirdim. Əvvəlcə yal-
nız bir istəyim var idi: oyun vasitəsilə
Commers
ə ödədiyim pulu (iki taler) geri qay-
tarmaq. Bunu bacardım və o dövrdə olan bütün borclarımı ödəyə bilmək üçün la-
zımlı miqdarda pul qazanmağa həvəsləndim. Burada kompozisiya nəzəriyyəsini
öyrənərkən başıma gələnlər təxminən təkrarlandı: Logierin metodu ilə kompozi-
siyanı öyrənəcəyimdən əmin idim; lakin bəzi gözlənilməz çətinliklərlə qarşılaşıb
uzun müddətə ilişmişdim. Maddi vəziyyətimi tezliklə yaxşılaşdırmaq planımla
da eynən belə oldu: uduşlar ləng gedirdi və təxminən üç ay ərzində mən bu oyu-
na o qədər qurşanmışdım ki, digər maraqlarım üzərimdəki hakimiyyəti tamamilə
itirmişdi. Mən nə qılıncoynatma zalında, nə duellərdə görünürdüm: günlərlə elə
həmin gecə hamısını uduzmaq üçün haradan pul əldə edə biləcəyimi düşünür-
düm. Alçaq gecə əməllərimdən xəbərsiz olan anam əbəs yerə məni evdə saxlama-