65
Rixard Vaqner
Mənim həyatım
ğa səy göstərirdi. Mən hər gün nahardan sonra gedib səhərə yaxın evə qayıdırdım,
açarı vermədikləri üçün darvazadan aşıb sakitcə digərlərindən aralı yerləşən ota-
ğıma keçirdim. Oyunda uğursuzluqlar yaxamı buraxmırdı və bu məni ümidsizliyə
sürükləyib ehtirasımı ifrata çatdırırdı. Ağlımı itirmişdim. Əvvəllər məni tələbə
həyatına cəlb edən hər şeyə marağım itmişdi. Əvvəlki yoldaşlarımın fikrinə qarşı
laqeyd idim. Hamıdan gizlənib axşamlar Leypsiqin kiçik oyun məkanlarına gedir
və gecələri burada seçmə Leypsiq əclaflarının arasında keçirirdim. Mən – solğun
bənizli, qaraqabaq, yolunu azmış oğul arada bir anamın yanına gələndə bacım Ro-
zaliyanınməni layiq bildiyi nifrət dolu baxışları da laqeyd qarşılayırdım. Tamamilə
ümidsizliyə düçar olub son vasitəyə əl atmaq qərarına gəldim: məni izləyən tale ilə
üzbəüz dayanmaq riskini qəbul etdim. Özümü inandırdım ki, yalnız böyük pullar
qoyaraq qazanmaq olar. Beləliklə, anam kifayət qədər böyük məbləğ təşkil edən
təqaüdünü almağı mənə etibar edəndə bu pulları təcrübədən keçirməyi qərara
aldım. Həmin gecə gətirdiyim bütün məbləği uduzdum. Son talerimi oyuna qo-
yanda sınaqlarla zəngin gəncliyimin heç bir anında keçirmədiyim hissləri keçirir-
dim. O qədər sarsılmışdım ki, tamamilə ayıq olsam da, oyun stolunu bir neçə dəfə
tərk etməli olmuşdum: ürəyim bulanırdı və qaytarırdım. Bu son talerlə həyatdakı
hər şeyimi təhlükəyə atırdım. Doğmalarımın yanına qayıtmaq barədə düşünməyə
dəyməzdi. Fikrən özümü tarlaların və meşələrin arasında, açılmaqda olan səhərin
alaqaranlığında, veyillənən vəziyyətdə görürdüm. Heç bir məqsədi və sığınacağı
olmayan yolunu azmış oğul kimi. Məni bürüyən ümidsizliyi izah etmək mümkün
deyildi. Ona görə kartım udanda uduşu qoyduğum pulla birlikdə yenidən oyuna
qoydum. Məbləğ diqqətəlayiq rəqəmə çatana qədər bunu təkrarladım. Udmağa
davam edirdim. Çarəsizlikdən gələn cəsarət məni tərk etmirdi, əlimdən gələn hər
şeyi edirdim. Qəfil, qeyri-adi aydınlıqla həmin gün son dəfə oynadığımı anladım.
Bəxtim elə gətirirdi ki, bankometlər qorxub oyunu dayandırmaq qərarına gəldilər.
Qızğın, artan sevinc, müqəddəs duyğu məni bürüdü. Xoşbəxtliyin üzümə gülməsi
ilə Allah, yaxud onun mələyini yanımda hiss etdim, xəbərdarlıq və təsəlli verən
sakit pıçıltını eşitdim. Son dəfə sübh vaxtı otağıma keçmək üçün darvazanı aş-
dım. Dərin və güclü yuxuya getdim. Gec oyansam da, yeni doğulmuş kimi güm-
rah idim. Pullarını anama aparanda utanmadan, sorğu-sual gözləmədən bu qərar
gecəsində nələr baş verdiyini açıb tökdüm. Özü də onun pulları ilə risk etdiyimi də
gizlətmədim. Anam əllərini birləşdirib Allaha lütfünə görə təşəkkür etdi və bun-
dan sonra xilas olduğuma, bir də bu bataqlığa düşməyəcəyimə inandığını söylədi.
Həqiqətən, həmin gündən sonra bu cür zövqlər üzərimdə hakimiyyətini birdəfəlik
itirdi. İndiyə qədər baş qoşub, torunda dolaşdığım atmosferin yöndəmsizliyini və
xoşagəlməzliyini anlamışdım. Oyuna həvəs məni hər şeyə laqeyd edirdi. Tələbələr
məhz bununla lovğalanırdılar. Bu həvəsdən azad olan kimi tamamilə yeni dünya
ilə üz-üzə qaldım. Mən artıq bu dünyaya aid idim. Özümü qeyri-adi, tanımadığım