Rixard Vaqner
Mənim həyatım
66
musiqini öyrənmək istəyinə təslim etmişdim. Yeni fazaya keçmişdim. Bu ciddi
əməklə məşğul olmaq mərhələsi idi.
29
Lakin musiqi inkişafım hətta vəhşiləşmə dövründə belə tam dayanma-
mışdı. Əksinə, bu, mənəvi həyatımın öz varlığını biruzə verən yeganə sahə idi.
Əlbəttə, burada musiqinin planlı öyrənilməsindən söhbət gedə bilməzdi. Ona
görə hələ də anlamıram ki, kompozisiyaların çoxunu necə bitirmişəm. Yazdığım
C-dur”uvertürası (6/8) və dörd əlli “B-dur”sonatası barədə heç nə xatırlamıram.
Bircə yadımdadır ki, bacım Ottiliya ilə sonatanı fortepianoda ifa edirdik. Hər
ikimizin xoşuna gəldiyi üçün onu orkestr üçün hazırlamışdım. Lakin o dövrün
başqa bir kompozisiyası “B-dur”uvertürası ilə bağlı həyatımda bir epoxanı təşkil
edən xatirələrim var. Bir vaxtlar ”Leybald və Adelaida” Şekspirin bəhrəsi oldu-
ğu kimi bu simfoniya da Bethovenin “Doqquzuncu simfoniya”sını öyrənməyimin
nəticəsi idi. Mən bu əsərdə orkestrin mistik rolunu xüsusilə parlaq qeyd etməyə
çalışırdım. Onu üç dünyaya, bir-biri ilə mübarizə aparan üç müxtəlif elementə böl-
düm. Partituranın oxucusuna bu elementlərin oyununu göz ilə izləmək imkanı
vermək istəyirdim və bu məqsəd üçün rəngbərəng mürəkkəblərdən istifadə etmək
qərarına gəldim. Lakin yaşıl mürəkkəb tapa bilməmişdim və yalnız bu mənim
rəssamlıq-rəngkarlıq meyllərimə mane olurdu. Mis musiqi alətlərinin partiyası
qara mürəkkəblə yazılmalı idi, simlilər qırmızı, nəfəslilər isə yaşıl. Qəribə parti-
turamı Leypsiq teatrının o vaxtki muzikdirektoru Haynrix Dorna təklif etdim. Bu
cavan kişi Leypsiq auditoriyasının xoşuna gəlirdi və çox təcrübəli, fərasətli adam,
xoş, cəmiyyəti sevən həmsöhbət təəssüratı bağışlayırdı. Hələ də başa düşmürəm
ki, onu bu uvertüra ilə auditoriya qarşısında çıxış etmək istəyimi xoş qarşıla-
mağa nə vadar etmişdi. Nəticədə, Dornun lağlağıya olan sevgisindən xəbərdar
olan digərləri kimi onun məni sadəcə ələ salmaq istədiyi fikrinə düşdüm. Lakin
o həmişə israrla uvertüranı maraqlı hesab etdiyini deyir və iddia edirdi ki, audi-
toriyanın onu qəbul etməsi üçün Bethovenin itmiş əsərlərindən biri kimi təqdim
etmək kifayətdir. Bu, bədxah 1830-cu ilin Milad bayramı vaxtına təsadüf edirdi.
Bayram ərəfəsində bir qayda olaraq tamaşa yox idi. Leypsiq teatrında adətən au-
ditoriyanın diqqətini cəlb etməyən kasıblara yardım konserti elan olunmuşdu.
Proqramda ilk nömrə altında maraq oyadan sözlər yazılmışdı: “Yeni uvertüra”,
vəssalam. Məşqi gizli bir küncdən dinlədim. Bundan sonra Dornun soyuqqanlı-
lığı barədə yüksək fikrə düşdüm. Belə ki, o, müəmmalı kompozisiyanı gözdən
keçirəndən sonra musiqiçilər arasına düşən şübhəli həyəcanlanmanı görəndə
qeyri-adi möhkəmlik və təmkin göstərdi. Əsas alleqro mövzusu quruluşca dörd-