Rixard Vaqner
Mənim həyatım
68
cımı yola salmaq üçün parteri tərk etməli oldum. Qalxıb sıraların arası ilə getdim.
Dəhşətli idi. Lakin bunların hamısı parterdən çıxanda yenidən qarşılaşdığım qapı-
çının qəribə baxışı ilə müqayisədə heç nə idi. Bu baxış məndə elə iz qoydu ki, uzun
müddət Leypsiq teatrının parterindən uzaq gəzdim. Hələ bacımı götürmək üçün
lojaya getməli idim. O mənə rəhm hissi ilə dolmuşdu. Bir kəlmə kəsmədən evə
getdik və cah-cəlalı mənim ruhumu bürüyən qaranlıq əhvala kinayə kimi görünən
ailəvi ziyafətdə iştirak etməli idim.
30
Amma bədbinliyə qapılmadım. Bu uğursuzluğu unutmaq üçün ehtiyatda
olan digər uvertüram “Messin gəlini”ndə təsəlli tapırdım. Bu uvertüranı daha
uğurlu hesab edirdim. Lakin Leypsiq teatrında ikinci çıxış barədə düşünməyə
dəyməzdi. Belə ki, Dornla dost münasibətdə olmağıma baxmayaraq rəhbərlikdə
adım əməlli-başlı nüfuzdan düşmüşdü. Həmin vaxt Hötenin “Faust”una kompo-
zisiya yazmağa başlamışdım. Bu əlyazmaların bəziləri hələ də məndə qalıb. Lakin
bu vaxt musiqi işinə ciddi marağımın son izlərini də məhv edən avara tələbəlik
dövrü yetişdi.
Anlamışdım ki, tələbə kimi mühazirələrə də getməliyəm. Tələbə üsyanının
sülhsevər boğucusu Trauqot Kruqun fundamental fəlsəfə kurslarını dinləməyə ça-
lışmışdım. Lakin bu fikirdən daşınmağım üçün bir saat kifayət etdi. Buna baxma-
yaraq, iki-üç dəfə nisbətən gənc professor Veysin estetika mühazirələrini ziyarət
etdim. Buna qeyri-adi həvəsin səbəbi Adolf əmimin evində tanış olduğum Veysin
şəxsiyyətinə yaranan maraq idi. Onda Veys Aristotelin metafizikasını tərcümə et-
mişdi. Səhv etmirəmsə, onu Hegelə həsr etmişdi və yəqin ki, polemikaya hesabla-
nan bir addım idi. İlk dəfə məhz əmimlə Veysin söhbətlərindən mənə dərin təsir
edən şeylər - fəlsəfə və filosoflar barədə eşitmişdim. Dalğın görünüşü, sürətli və
qırıq-qırıq nitqi, ən əsası, maraqlı, dərin mənalı üz ifadəsi ilə məni heyrətə salan
Veys, yazıçı üslubunun anlaşılmaz olması barədə qınaqlara cavab verərkən iddia
edirdi ki, insan mənəviyyatının ən dərin problemlərinin həllinin qara camaatın
anladığı dildə yazılması əsla yolverilməzdir. Mənə inandırıcı gələn bu qeyri-adi
aforizm həmin andan əsas prinsipimə çevrildi. Bir dəfə anamın göstərişi ilə böyük
qardaşım Albertə məktub yazdığımı xatırlayıram. Qardaşım bu məktubun üslu-
buna görə dəhşətə gəlmişdi. Hətta mənim xəstə olub-olmamağım, dəliliyə meyl
edib-etməməyim barədə narahatlığını da bildirmişdi. Veysin mühazirə-lərindən
xoşuma gələn bir çox şey gözləməli olsam da, onu axıra qədər dinləyə bilmədim:
bütün həyatım və ruhumu bürüyən ehtiraslar məni estetikanın öyrənilməsinə
yox, tamam başqa şeylərə yönəldirdi. Lakin anamın qayğısı hətta bu dövrdə belə