69
Rixard Vaqner
Mənim həyatım
məni musiqi ilə məşğul olmağa vadar etdi. Aydın idi ki, əvvəlki müəllimim Miller
məndə musiqiyə uzunmüddətli və ciddi maraq yarada bilmirdi. Ona görə başqa,
yeni müəllimi sınaqdan keçirmək qərarı verilmişdi.
31
Həmin vaxt Leypsiqdə fəxri yerlərdən biri hesab edilən Müqəddəs Foma
kilsəsinin kantoru və muzikdirektoru vəzifəsini Teodor Veynlix tuturdu – sonra-
dan bu vəzifədə Şixt, daha əvvəllər isə hətta Sebastyan Bax da çalışmışdı. Veynlix
musiqi təhsilinə görə qədim italyan məktəbinə aid idi. Bolonyada padre Martini-
nin yanında oxumuşdu. O, xüsusilə nəğmə bəstəkarı kimi, həm də müxtəlif səslər
üçün əla yazmaq bacarığı ilə də tanınmışdı. Özü mənə danışmışdı ki, bir dəfə leyp-
siqli naşirlərdən biri ona sərfəli şərtlərlə vokal məşğələləri üçün bir neçə dəftəri
tərtib eləməyi təklif etmişdi. Çünki başqa bir naşir bundan yaxşı gəlir əldə etmişdi.
Veynlix hazırda əlində bu cür hazır kompozisiyaların olmadığını demişdi və əgər
onun əsərlərindən birini nəşr etmək fikri varsa, naşirə yeni messasını təklif etmiş-
di. Lakin naşir bu təklifdən imtina etmişdi: “Qoy, sümüyü də əti yeyən gəmirsin”-
demişdi. Veynlix bu epizodu təvazökarlıqla danışmışdı və bu hər cəhətdən gözəl
insanın əsas fərqləndirici xüsusiyyəti idi. Anam bu zəif və xəstə adamdan məni
şagirdliyə götürməyi xahiş edəndə o əvvəlcə tərəddüd etmişdi. Anamın israrlı
xahişlərinə uzun müddət müqavimət göstərsə də, ağlamalı gündə olan musiqi
biliklərimlə gətirdiyim fuqanı görəndə çox yəqin mərhəmət hissindən məni qəbul
etdi. Lakin şərt qoydu ki, yarım il müddətində kompozisiya yazmaqdan tamamilə
imtina edib səbirlə yalnız onun dərslərini yerinə yetirim. Vədimin ilk hissəsini
tələbə həyatının avaralığına qurşandığım üçün yerinə yetirdim. Amma mütəmadi,
ciddi üslubda dördsəsli harmoniya dərsləriylə məşğul olmaq mənlik deyildi. Buna
nəinki içimdəki mənasız tələbə, həm də bu qədər sonata və uvertüra bəstələmiş
bəstəkar da qətiyyətlə etiraz edirdi. Veynlix məndən şikayət etməyə başlamış-
dı və sonda tamamilə imtina etmək istəyirdi. Bu qumarxanada keçirdiyim son
gecənin sarsıdıcı təəssüratlarıyla əlaqəli dönüş nöqtəsi ilə üst-üstə düşdü. Veyn-
lixin mənimlə bacarmadığını elan etməsi mənə ən azı həmin hadisələr qədər təsir
etdi. Həm utanmış, həm də təsirlənmişdim. Ona görə həqiqətən sevdiyim həssas
qocadan üzr istədim və bundan sonra əzmlə və səbirlə işləyəcəyimə söz verdim.
Və bir dəfə Veynlix mənə səhər saat yeddidən gəlib nahara qədər gözünün qaba-
ğında fuqanın skeletini hazırlamağı əmr etdi. O, həqiqətən bütün vaxtını mənə
sərf etdi və hər yazdığım taktı izləyir, öyrədici məsləhətlər və göstərişlər verirdi.
Günorta məni buraxdı və evdə işi tamamlamağı, yan səsləri işləyib hazırlamağı
tapşırdı. Ona hazır fuqanı gətirəndə müqayisə üçün mənə özünün eyni mövzu-