Rixard Vaqner
Mənim həyatım
70
da işini göstərdi. Eyni tapşırıqlar üzərində ümumi iş məni sevimli müəllimimlə
yaxınlaşdırdı və bizi öz bəhrəsini verən sevgi ilə birləşdirdi. Onun üçün də,
mənim üçün də birgə məşğələlərimiz böyük zövq mənbəyinə çevrildi. Amma
onunla birlikdə vaxtın tez ötüb keçməsi məni təəccübləndirirdi. İki ay ərzində bir
sıra çox mürəkkəb fuqalardan əlavə çoxlu çətin, müxtəlif xarakterli kontrapunkt
təkamülləri etmişdim. Bir dəfə müəllimimə xüsusilə zəngin işlənmiş ikiqat fuqa-
nı gətirəndə o, artıq hazır olduğumu, daha mənə öyrətməli bir şeyi qalmadığını
bildirərək məni həyəcanlandırdı. Bu işin elə böyük səy tələb etmədiyini bildiyim
üçün özümü ciddi təhsilli musiqiçi hesab etmək barədə şübhələrim var idi. Gö-
rünür, Veynlix özü də onun yanında öyrəndiklərimə xüsusilə böyük əhəmiyyət
vermirdi. O deyirdi: “Yəqin, siz heç vaxt fuqa və kanon yazmayacaqsınız. Sizin
həqiqətən mənimsədiyiniz yeganə şey sərbəstlikdir. İndi öz ayaqlarınızın üzərində
dayanırsınız, lazım gəlsə, müəyyən çətinliklərin öhdəsindən gələ biləcəyinizi hiss
edirsiniz”.
32
Veynlixin təsiri ilə mən musiqidəki sakit aydınlığı və əlaqəli axıcılığı sev-
dim. O, bunu mənə öz timsalında öyrətmişdi. Hələ ilk fuqa zamanı o məni yazılan
mətnlə əlaqəli səsləri də daxil etməyə məcbur etmişdi: beləliklə, o məndə səsə uy-
ğun yazmaq tələbatını oyatmışdı. Ancaq məni tamamilə ələ almaq və musiqiçi kimi
aydın sakitliyi aşılamaq üçün o, eyni zamanda sonata tərtib etməyi tapşırmışdı.
Ona sadiqliyimdən bu sonatada harmoniya və mövzu quruluşunun böyük balansı-
na riayət etməli idim. Bu cür yaradıcılıq nümunəsi kimi Pleyelin uşaqlar üçün sona-
talarından birini misal çəkdi. Əvvəlki uvertüralarımı bilənlər, özümü bu cür sonata
yazmağa vadar etdiyimi görüb təəccüblənərdilər. Məni dözümümə görə mükafat-
landırmaq üçün Veynlix musiqi nəşriyyatının sahibləri Breyt-kopf və Hertlə onu
çap etməyi məsləhət gördü. Hazırda bu firmanın təvazösüzlüyü sayəsində sonata
ikinci dəfə nəşr olundu. Həmin andan o, hər şeyə izn verdi. Əvvəlcə fortepiano
üçün Fis-moll fantaziyası bəstələməyi təklif etdi. Özümü təyin olunmuş formalar-
dan azad hiss edirdim və fantaziyanı reçitativ melodik üslubda yazdım. O, əsərimi
təriflədi və bu tərif mənə əsl zövq verdi. Bundan sonra üç uvertra yarandı və o, hər
üçünə xoş rəylər verdi. Onlardan birincisi (“D-moll”) (1831-1832) qarşıdakı qışda
Leypsiq
Gewandthaus
unun konsertlərindən birində ifa olundu.
Onda burada musiqi mənasında meyllərin böyük sadəliyi hökm sürürdü.
Orkestr işləri xüsusi dirijor olmadan gedirdi – püpitr qarşısında konsertmeys-
ter (Matha) dayanırdı və orkestrə skirpkada ifası ilə rəhbərlik edirdi. Yalnız vo-
kal nömrələri yerinə yetirilərkən Leypsiq auditoriyasının sevimlisi Polens əlində