Rixard Vaqner
Mənim həyatım
72
mına yazılmışdı və burada yenə Bethoven elementi özünü açıq şəkildə göstərirdi.
Bacım Rozaliyanın səyləri nəticəsində onu teatrın əvvəlində ifa etmək üçün icazə
ala bildim. Lakin ehtiyat edərək bu barədə afişada heç nə yazmadılar. Dirijorlu-
ğu isə muzikdirektor Dorn edirdi. Onun ifası heç bir əks təsir göstərmədiyi və
auditoriyaya heç nə ilə mane olmadığı üçün Raupaxın uzun müddət səhnədən
düşməyən dramının növbəti tamaşalarında artıq uvertüra barədə elan olunur və
bəstəkarın adı qeyd edilirdi.
Mən böyük “C-dur”simfoniyasını yazmağa başlamışdım. Bu əsərdə Betho-
venvəMotsartdanöyrəndikləriminhamısını ortaya qoymuşdum. Həmifa edilməli,
həm də qulaq asılmalı bir əsər yaratmaq arzusunda idim. Əlbəttə, bu simfoniya-
nı da son hissədə final fuqası ilə təmin etdim. Bütün hissələrin mövzuları isə elə
tərtib olunmuşdu ki, yaxşı və sıx səs girişləri kontrapunkt cəhətdən bir-biriləriylə
uzlaşa bilsinlər. Eyni zamanda, ilk hissənin ehtiraslı, bezdirici dərəcədə cəsur ele-
menti
Simfonia Eroica
konsepsiyama aydın sezilən təsirsiz ötüşmədi, “Andante”də
keçmiş meyllərimdən olan musiqi mistisizmimin əks-sədasını duymaq olardı,
minor tersiyadan kvintaya doğru təkrarlanan sual modulyasiyası təxəyyülümdə
aydınlığa nəzərəçarpan meylimlə uşaq fantaziyaları arasında əlaqələri nişan ve-
rirdi. Növbəti ildə simfoniyanın
Gewandthaus
da ifa olunması üçün çalışanda və bu
məqsədlə Fridrix Roxlitsi (həmin dövrdə Leypsiq musiqi estetiklərinin Nestoru və
konsert cəmiyyətinin sədrini) ziyarət edəndə artıq partituramla tanış olan cənab
cavanlığıma heyrətlənmişdi. Yəqin əsərin xarakterinə əsaslanaraq daha yetkin,
təcrübəli, qoca musiqiçi ilə qarşılaşmağı gözləyirdi.
Lakin uvertüra auditoriya qarşısında ifa olunana qədər çox vaxt keçdi. Bu
dövr ərzində mən çoxlu yeni təəssüratlar yaşadım və indi bunlar barədə danışma-
ğa başlayıram.
33
Qısa, lakin bir o qədər fırtınalı tələbə həyatı nəinki musiqi inkişafımı ləngitdi,
həmçinin ümumiyyətlə, mənəvi həyatımı iflic vəziyyətinə saldı. Amma qeyd et-
diyim kimi, musiqi məşğələlərini tamamilə dayandırmamışdım. Nəhayət, bütün
od-alovum sönəndən sonra yenidən siyasi hadisələrə maraq yarandı və mənasız
tələbə avaralığına qarşı ilk dəfə ikrah hissi keçirdim. Həqiqətən, tezliklə bu kabusu
unutdum. Polşanın Rusiya zülmündan azad olmaq uğrunda mübarizəsi qəlbimi
getdikcə artan zövqlə dolduran hadisəyə çevrildi. Polşalıların 1831-ci ildəki
qısamüddətli uğurları məni heyrətləndirmiş və həyəcanlandırmışdı. Elə bilirdim
ki, dünyanın möcüzəli yenilənməsi baş verir. Əksinə, Ostrolenko yanında döyüş
məni sözlə ifadə edilməyəcək dərəcədə sarsıtdı. Elə bil, dünya yenidən dağılırdı.