73
Rixard Vaqner
Mənim həyatım
Tələbə yeməkxanasında yoldaşlarımla söhbət zamanı bu hadisələrə toxunarkən
məni kobudcasına ələ saldılar. Bu zaman ilk dəfə alman cəmiyyətinin üzərini al-
mış ab-havanın dəhşətli, qaranlıq tərəfini gördüm. Bu mühitdə istənilən açıq en-
tuziazm prinsipal şəkildə boğulurdu: hər şey yalnız sözdə olan saxta dəliqanlılıq,
daşürəklilik və nəzərəçarpan inamsızlıq çərçivələrində sıxışdırılırdı. Böyük soyuq-
qanlılıqla və heç bir maraq olmadan lül-qəmbər olana qədər içmək və borc almaq
duellərdəki kişilik kimi şücaət hesab olunurdu. Yalnız bundan sonra alman
Burs-
chenschaft
larının eybəcər tələbə pozğunluğu altında tamamilə gizli qalmış nəcib
mahiyyətini gördüm. Ostrolenko yaxınlığındakı döyüş barədə dərin kədərimi
bildirərkən kobud şəkildə ələ salındıqda hökm sürən əhvalın heyrətamizliyini
şəxsən hiss etdim. Düzünü desəm, bu təəssüratlar şəhvət düşkünü tələbələrin dün-
yasından tez aralanmağıma kömək oldu. Veynlixlə məşğələlər zamanı yalnız bir
əyləncəm qalmışdı: hər axşam
Klostergasse
dəki
Kintschy
şirniyyatçısını ziyarət edir
və qəribə həvəslə qəzetlərin yeni nömrələrini oxuyub bitirirdim. Burada çoxları
mənə rəğbət göstərirdi. Həvəslə qocaların siyasət barədə qızğın söhbətlərinə qulaq
verirdim. O vaxtlar belletristik jurnallarla da maraqlanırdım. Yenidən, hərçənd heç
bir seçim etmədən oxumağa başlamışdım. Bir vaxtlar nəhəng və fantastik şeylər
diqqətimi cəlb etdiyi kimi indi də yalnız ağıllı, parlaq şeylərə meyl edirdim. Lakin
məni hər şeydən çox cəlb edən Polşa üsyanının taleyi idi. Varşavanın mühasirəsini
və işğalını şəxsi bədbəxtliyim kimi qəbul etmişdim.
Polşalı mühacirlərin ilk axınları, dağılmış Polşa ordusunun qalıqları
Leypsiqdən keçib Fransaya gedəndə məni bürüyən həyəcanı təsvir etmək müm-
kün deyildi. Bu bədbəxtlərin
Fleischergasse
dəki “Yaşıl Qalxan” mehmanxanasın-
da yerləşdirilən ilk qruplarını görəndə hiss etdiklərimi də heç vaxt unutmayaca-
ğam. Onda məni bürüyən dərin bədbinlik, Leypsiq
Gewandhaus
unun foyesində,
axşamtərəfi Bethovenin “C-moll” simfoniyası ifa olunan vaxt Polşa üsyanının
bir neçə görkəmli rəhbərlərindən ibarət qəhrəmanlar qrupunu görmək fürsətim
olduğu üçün zövq və əsl entuziazmla əvəzlənmişdi. Xüsusilə, qraf Vinçens Tış-
keviçin qeyri-adi əzəmətli fiquru və igid siması diqqətimi çəkmişdi. Bu insanda
sakit, nəcib məziyyətlər möhkəmliyin və xeyirxah sadəliyin tamamilə yeni ifadəsi
ilə məni çuğlaşmışdı. Onun kuntuşlu və qırmızı məxmər papaqlı görünüşü, əsl
şahzadə qaməti bizim tələbə mühitimizin qəhrəmanları üçün xarakterik olan əsəbi
döyüş xoruzu vərdişlərinə olan hörmətimi dərhal yox etdi. Tezliklə həmin ada-
mı yeznəmiz Brokhauzun evində görəndə sevinmişdim. Burada onunla yaxın bir
adam kimi tez-tez görüşürdük. Məsələ burasındadır ki, yeznəm bədbəxt polşa-
lı üsyançılara xüsusi mərhəmət göstərmişdi. O, evsiz didərginlərə kömək edən
komitəyə rəhbərlik edirdi və uzun müddət bu işə şəxsən ciddi yardımlar edirdi.
Artıq Brokhauzun evi mənim üçün xüsusən çəkiçi olmuşdu. Bizim gözümüzdə
polşalıların balaca dünyasının mərkəz nöqtəsi olan qraf Tışkeviçin ətrafında digər