Rixard Vaqner
Mənim həyatım
74
zəngin mühacirlər də qruplaşdı. Onların arasında hədsiz təmizürəkliliyi və bun-
dan geri qalmayan yüngülxasiyyətliliyi ilə seçilən ritmeyster Banzemerin fiquru
yaddaşımda daha parlaq əks olunmuşdu. Həm də o, dörd möhtəşəm ata sahib
idi və bu atların qoşqusunu şəhərin küçələrində elə sürətlə sürürdü ki, Leypsiq
sakinlərini qəzəbləndirirdi. Bundan başqa, artilleriyası Ostrolenko yaxınlığında-
kı döyüşdə möcüzəli qəhrəmanlıqlar nümayiş etdirən general Bemoli ilə də eyni
süfrə arxasında əyləşdiyimi xatırlayıram. Yeznəmin qonaqpərvər evini çox sima-
lar ziyarət etmişdi. Onlardan bəziləri incə nəzakətləri ilə diqqət cəlb edirdilər,
digərləri melanxolik-cəngavər görünüşləri ilə. Lakin şücaət idealı kimi qəlbimi,
sözün həqiqi mənasında və uzun müddətə yalnız qraf Tışkeviç fəth etmişdi. Mən
onu sevir və hörmət edirdim.
34
Bu gözəl insan diqqətimə qarşılıq verirdi. Demək olar ki, hər gün onun ya-
nına gəlir və tez-tez onu əhatə edən səs-küylü yarıdöyüşçü ab-havasında vaxt ke-
çirirdim. Bəzən o, yorucu qayğılardan uzaqlaşmaq üçün həvəslə mənimlə birgə
sakit bir küncə çəkilirdi. Hələ də Volında ayrıldığı arvadı və balaca oğlu barədə
xəbər yox idi. Bundan başqa, bu adamın ürəyində bir hadisənin ağrı-acılı xatirələri
yatırdı və bu hal qeyri-ixtiyari ona qarşı mərhəmət hissi oyadırdı. Başına gələn
qorxunc bədbəxtlik barədə bir dəfə özü bacıma danışmışdı. O, artıq evli olanda
arvadı ilə birlikdə qəsrlərindən birini ziyarət etmişdi. Gecə pəncərəsinin qarşısın-
da ruh görünmüşdü. Bir neçə dəfə ruhu çağırandan sonra cavab almayıb silaha əl
atmış və öz arvadını vurmuşdu. Sən demə, arvadı ruh kimi bəzənib ərini qorxut-
maq istəyibmiş. Tezliklə ailəsinin xilas olması barədə xəbəri alıb onunla birlikdə
sevinmişdim. Sonra ikinci həyat yoldaşı üç yaşlı yaraşıqlı oğlu Yanuş ilə Leypsiqə
gəldi. Bu xanıma ərinə olan simpatiyanı bəsləyə bilmədiyim üçün təəssüflənirdim.
Məni uzaqlaşdıran onun çox bəzənib-düzənməsi idi. Bədbəxt, haldan düşmüş qa-
dın yorğunluğun və kədərin üzündə qoyduğu izləri gizlətməyə çalışırdı. Tezliklə
o, yenidən Qalisiyaya - mülklərində ələ gələnləri xilas etməyə və ərinin onun yanı-
na gəlməsi üçün vacib olan pasportu Avstriya hakimiyyətindən almaq üçün yola
düşdü .
Nəhayət, üç may yetişdi. Leypsiqdə qalan on səkkiz polşalı hər bir pol-
şalı üçün əziz olan Polşa Konstitusiyasının tarixi bayramını qeyd etmək üçün
şəhərətrafı mehmanxanaların birində təntənəli qonaqlıq təşkil etdilər. Bayramda
iştirak üçün yalnız Leypsiq-Polşa komitəsinin rəyasət heyəti dəvət olunmuşdu.
Mən də xüsusi sevgi və nəzakət əlaməti olaraq dəvət almışdım. Bu heyrətamiz,
unudulmaz təəssüratlarla dolu gün idi. Bu döyüşçülərin qonaqlığı əsl ziyafətə çev-