75
Rixard Vaqner
Mənim həyatım
rilmişdi. Şəhərdən dəvət edilmiş nəfəsli alətlər orkestri dayanmadan Polşa xalq
mahnıları çalırdı. Qonaqlıq iştirakçıları litvalı Tsanın başçılığı ilə bu nəğmələri gah
fərəhlə, gah kədərlə müşayiət edirdi. Gözəl “Üç may” mahnısını oxuyarkən hamı-
ya xüsusi, əsrarəngiz entuziazm hakim kəsilmişdi. Ağlaşma və alqışlar ifrat həddə
çatıb inanılmaz gurultuya çevrilmişdi. Nəhayət, qonaqlar kiçik qruplara, ayrı-ayrı
cütlüklərə bölünüb bağdakı çəmənlikdə özlərinə yer elədilər, vətənpərvərlik ruhu
və sevgi ilə dolu dərin söhbətlərə qərq oldular. Hamı dayanmadan ümumi şüa-
ra çevrilmiş heç vaxt mənasını itirməyən “doğma yurd” ifadəsini təkrarlayırdı.
Bu sərxoşluq hamını gecə kimi qaranlıq örtüyü ilə bürüyənə qədər davam etdi.
Həmin gecənin yuxusu nəticədə “Polonia” adlandırdığım orkestr kompozisiya-
sında əksini tapdı. Bu əsərin taleyi barədə bir qədər sonra, yeri gələndə danışaram.
35
Dostum Tışkeviçin pasportu gəldi və o Bryuntdan keçib Qalisiyaya getmək
istəsə də, dostları bunu təhlükəli hesab edirdilər. Ürəyimdə dünyanı daha ya-
xından görmək arzusu baş qaldırmışdı. Anam mənə çox cəlbedici görünən Vena
səyahətinə icazə verdi. Çantamda üç auditoriya qarşısında ifa olunmuş uvertü-
ra və bir üzə çıxmamış simfoniya ilə yola düşdüm. Rahat yol faytonu ilə Tışke-
viçi Moraviyanın paytaxtına qədər müşayiət etməli idim. Drezdendə qısa fasilə
etdik və Polşa mühacirətinin nəcib köklərə malik olan və olmayan bütün üzvləri
sevimli qrafları üçün
Pirna
da vida ziyafəti təşkil etdilər. Şampan çay kimi axır-
dı və gələcək “Polşa diktatoru”nun şəninə sağlıqlar deyilirdi. Nəhayət, Byurnda
ayrıldıq və səhəri gün mən poçt arabası ilə Venaya yola düşdüm. Günün ikinci
yarısı və gecə ərzində canımı vəbaya yoluxmaq qorxusu almışdı. Bu epidemiya-
nın möhkəm kök saldığını öyrəndiyim yerlərə ilk dəfə gəlirdim. Qayğıkeş, etibarlı
dostdan təzəcə ayrılmışdım, tənha idim, yad ölkədə idim. Özümü, məni tamamilə
yox etmək istəyən hiyləgər iblis tərəfindən tələyə salınmış kimi hiss edirdim. Meh-
manxanada adam arasında qorxumu biruzə verməməyə çalışırdım. Lakin məni
ayrıca fligelə apardılar. Burada gecələməli idim. Elə bil, tamamilə atılmış, səhraya
düşmüşdüm. Soyunmadan yatağa girdim və uşaq vaxtı ruhların məni izlədiyi
gecələr yaşadığım duyğuları bir daha yaşadım. Vəba qarşımda canlı kimi daya-
nırdı: mən onu görürdüm, hətta əl ilə tuta bilərdim. O, yatağıma yaxınlaşıb məni
qucaqladı. Bütün üzvlərim dondu, ölümü bütün bədənimdə hiss edirdim. Bunun
yuxu, yoxsa qarabasma olduğunu bilmirdim. Lakin səhərin gəlməsi ilə oyanıb sağ
olduğumu və özümü əla hiss etdiyimi görəndə çox təəccüblənmişdim. Vəbadan
qaçıb Venaya sağ-salamat çata bilmişdim. Bu epidemiya orda da hökmranlıq etsə
də, daha məni zərrə qədər narahat etmirdi.