Rixard Vaqner
Mənim həyatım
76
36
1832-
ci ildə yayın qızmar vaxtı idi. Altı həftə keçirdiyim hərəkətli, böyük
şəhərdə tezliklə özümü evdəki kimi hiss etdim. Bəlkə də ailəmlə xoş münasibətdə
olan bir neçə nəfərə ehtiyat kimi götürdüyüm yaxşı rəyləri təqdim edə bildiyim
üçündü bu əhvalım. Səfərim təcrübə məqsədi daşımırdı. Sadəcə, məni bəzi maraq-
lı təəssüratlarla zənginləşdirmək potensialı olan xoş gəzinti idi. Ona görə anamın
mənə bu səfər üçün heç olmasa müəyyən miqdarda maddi vəsait verməsi barədə
razılığı həqiqətən səxavətli hisslə diqtə olunmuşdu. Mən teatrları gəzir, Ştrausa qu-
laq asır, ekskursiyalar edir, ümumiyyətlə, kef içində yaşayırdım. Nəticədə sonralar
Drezdendə kapelmeyster olarkən ödəməli olduğum borclarım yarandı. İstənilən
halda buradan qalan teatr və musiqi təəssüratları mənə təzələyici təsir göstərdi
və Vena uzun müddət mənim üçün orijinal, əsl xalq yaradıcılığının təmsilçisi kimi
qaldı. Bu cəhətdən məni daha çox
Theater an der Wien
dəki tamaşalar razı salırdı:
burada zarafatcıl fantastik komediya olan “
Die Abenteuer Fortunats zu Wasser und
zu Land”
tamaşaya qoyulmuşdu, yeri gəlmişkən, bu tamaşa zamanı Qara dənizə
getmək üçün fiakr da kirayələmək olardı. Musiqi baxımındanmən iki təəssürat ara-
sında sıxışmışdım. Bir dostum məni fəxrlə Qlükün “Tavridadakı ”sına aparmışdı.
Mənə bu operanı dinləməyi və Vildin, Ştaudiqlin, Binderin möhtəşəm ifasına bax-
mağı xüsusilə məsləhət görmüşdülər. Ancaq etiraf etməliyəm ki, ümumiyyətlə bu
əsər mənə darıxdırıcı gəldi. Lakin bunu yüksək səslə deyə bilmədiyim üçün daha
çox əziyyət çəkirdim. Hoffmanın məşhur fantastik hekayəsi sayəsində hələ Qlükla
tanış olmamışdan əvvəl də onun şeytani, nəhəng fiqura sahib olduğu qənaətinə
gəlmişdim. Onda maraqlı, dramatik bir alov görəcəyimi düşünürdüm və bu əsəri
dinləyərkən, bir vaxtlar-o unudulmaz gecədəki kimi- Şreder-Devrienin ifasında
Fidelio”nu eşidərkən hiss etdiyim təəssüratları yenidən yaşamağı umurdum. La-
kin Orestin furiyalarla böyük səhnəsi zamanı keçirdiyim həyəcan o hisslərin heç
yarısına da çatmırdı. Operada yalnız heç bir şeylə nəticələnməyən böyük bir şeyi
gözləməyin verdiyi təntənəli gərginliyin yaratdığı həyəcan var idi. Venanın teatr
həyatının əsas zövq siniri isə
Tsampa”
idi. Bu tamaşa hər gün və hər iki opera
teatrında –
Karthner Thor
da və
Losephstadt
da gedirdi. Teatrlar bu sevimli əsərin
ifasına görə bir-biriləri ilə rəqabət aparırdılar. Auditoriya özünü ondan zövq almış
kimi göstərirdi. Lakin əsl həzzi “Tsampa”ya tamaşa edərkən yaşayırdı. Elə təzəcə
Tsampa”nın hamını və hər şeyi ekstaza gətirdiyi
losephstadt
i tərk eib yaxınlıqda
yerləşən
Tabagie von Strausslein”
ə daxil olurduq ki, Ştraussun dirijorluğu ilə ifa
olunan “Tsampa” poppurisinin səsləri görüşümüzə tələsirdi. Bu səslər auditori-
yanı demək olar ki, alovlandırırdı. Teatrda dəliliyə yaxın ruh yüksəkliyi rəhbərlik
edən İohann Ştrausun burda da eyni cür hərarətlə skripka ifasının atəşini heç vaxt