77
Rixard Vaqner
Mənim həyatım
unutmayacam. Vena xalq musiqisi ruhunun bu iblisi hər valsın başında üçayaq-
lı pifiya kimi dəyişirdi. Və içilmiş şərabdan çox onun musiqisi ilə sərxoş olmuş
tamaşaçıların sinəsindən əsl həzzdən doğan inilti baş qaldırırdı. Bu inilti sehrli
skripkaçı-dirijoru inanılmaz yüksəkliklərə aparırdı. Beləliklə, Venanın qızmar yay
havası mənim üçün yalnız “Tsampa” və Ştrausla əlamətdar hesab oluna bilərdi.
Konservatoriyanın yetişdirmələrinin Kerubininin messalarından birinin parçala-
rını ifa etdikləri ifrat dərəcədə eybəcər imtahan sınaqları burada klassik musiqi
kultuna məcburi verilmiş sədəqə kimi münasibət göstərdiklərini bir daha sübut
etdi. Elə həmin sınaqda haqqımda yaxşı rəy alan, lakin kimliyi mənə naməlum
qalan professor tələbələri artıq Leypsiqdə ifa olunmuş “D-moll” uvertüramı ifa
etməyə məcbur etmişdi. Bu cənabın və tələbələrinin cəhd barədə nə fikirdə oldu-
ğunu bilməsəm də tezliklə həmin bu fikirdən daşındıqlarını xatırlayıram.
37
Beləliklə, mən musiqi zövqünə görə şübhəli, dolayı yollara baş vuran biri
kimi Avropanın böyük mədəniyyət mərkəzinə ilk maarifpərvər səyahətimi ta-
mamlayıb, poçt arabası ilə baş tutduğu üçün ucuz və darıxdırıcı bir yolçuluqla
Bohemiyaya geri qayıtdım. Orada uşaqlıq xatirələrimə ən yaxşı cəhətdən həkk
olunmuş qraf Paxtanın ailəsini ziyarət etməli idim. Onlar Praqadan səkkiz mil
kənarda yerləşən Pravonindəki malikanələrində idilər. Qoca qraf və onun gözəl
qızları məni səmimi qarşıladılar və mən payızın sonuna qədər onların hər baxım-
dan xeyirxah qonaqpərvərliyindən istifadə etmişdim. Artıq 19 yaşlı, nəzərəçarpan
dərəcədə saqqalı çıxan bir gənc idim. Bacımın məktubu sayəsində xanımlar ar-
tıq mənə və saqqalıma diqqət yetirmişdilər. Təbii ki, bu cür gözəl və mehriban
qızlarla uzunmüddətli yaxın ünsiyyət mənim fantaziyama təsir etməyə bilməzdi.
Böyük qız Jenin gözəl qamətə, zil qara saçlara, tünd-göy gözlərə və heyrətamiz
dərəcədə nəcib yumru sifətə malik idi. Kiçik Avqusta isə bir az xırda və toppuş
idi, gözqamaşdırıcı dərisi, ağımtıl sarışın saçları və qəhvəyi gözləri var idi. Onla-
rın münasibətlərində hiss olunan tam sərbəstlik və bacı mehribanlığı mənə mane
olmadı. Beynimə yerləşdi ki, bu qızlardan birinə mütləq aşiq olmalıyam. Qızlar
bu seçimin mənim üçün necə çətin olduğunu müşahidə edərək əylənirdilər və on-
ların fasiləsiz cırnatmaları mənim qıcqanc münasibətimin nəticəsi idi. Təəssüf ki,
gənc rəfiqələrimə münasibətim kifayət qədər məqsədəuyğun deyildi. Təvazökar
ailə ab-havasında tərbiyə almış qızılar xüsusi şərtlərdə doğulduqlarına görə par-
laq aristokratik evlilik və firavan bürger mövcudluğu ilə barışmağın vacibliyi
arasında özünəməxsus tərəddüd keçirirdilər. Əsl avstriyalı “kavaler”in nifrətimə
səbəb olan heyrətamiz dərəcədə əhəmiyyətsiz, demək olar ki, orta əsrlərdən qalma