Rixard Vaqner
Mənim həyatım
78
təhsili rəfiqələrimin tərbiyəsinin əsasını və rəhbər prinsipini təşkil edirdi. Tezliklə
xoşagəlməz duyğularla onların estetika sahəsində səthi biliklərini və həyatın xarici
tərəflərinə aid məsələlərlə bağlı o saat nəzərə çarpan hazırlıqlarını aşkarladım. On-
lar ruhun yüksək pərvərişi ilə bağlı sevimli mövzum barədə həvəsli izharlarımın
heç birinə reaksiya vermədilər. Mən onların qiraət etdiyi yeganə ədəbiyyat növü
olan pis kitabxana romanlarına, Avqustanın ifa etdiyi italyan opera ariyalarına,
özümə qarşı təhqir və kobudluq hesab etdiyim, Jenni və Avqustaya yaxınlaşmaq
istəyən pozğun kavalerlərə qarşı çıxırdım. Son məsələ ilə bağlı səylərim kifayət
qədər xoşagəlməz hadisələrə səbəb olmuşdu. Mən kəskin, təhqiramiz sözlər
deməyə başladım, fransız inqilabının ruhunu dərindən izah etməyə girişdim və
ata nəsihətlərinə qədər gedib çatdım – bütün müqəddəs dəyərlər naminə təhsilli
adi adamlarla dostluq etmək, amma bu özündənrazı, görməmiş cənablarla əlaqəni
kəsmək lazımdır dedim. Çünki bu cür insanlarla tanışlıq qızların adına yalnız ləkə
gətirə bilərdi. Bu fikirlərimlə səbəb olduğum narazılıq tez-tez sərt cavablarla əks
olunurdu. Heç vaxt üzr istəmirdim və yalnız qurma və ya həqiqi qısqanclığım, bu
ifrat həddə çatan bezdiriciliyimi dözülən edir, hətta iltifata bənzər bir şeyə çevi-
rirdi. Gah aşiq, gah məyus – belə qərarsız ruh halında, lakin heç nəyə baxmaya-
raq dost münasibətlərini saxlayaraq gözəl qızlardan bir soyuq noyabr gecəsində
ayrıldım, kifayət qədər uzun müddət, amma qrafın evində məskun-laşmadığım
Praqada ailəmlə görüşməyə tələsdim.
Praqada qalmağım həm də musiqi təhsili məqsədi daşımalı idi. Mən konser-
vatoriyanın direktoru Dionis Veberlə tanış olmuşdum. O, mənim simfoniyama qu-
laq asmağa söz vermişdi. Bundan başqa vaxtımın çoxunu ailəmizin köhnə dostu
aktyor Moritsin yanında keçirmişdim. Ona da haqqımda yaxşı rəy təqdim etmiş-
dim. Tanışları arasında mənim kimi cavan musiqici Kitl də var idi və mən tezliklə
bu musiqiçi ilə dostlaşdım. Təxirəsalınmaz musiqi işləri ilə bağlı adamın canına
qorxu salan konservatoriya rəhbərinə gündəlik ziyarətlərimi müşahidə edən Mo-
rits Şillerin “Zaminlik” əsərinə parodiya da yazmışdı:
Vaqner qoynunda partitura,
Sinə-sinə direktor Dionisin yanına getdi,
Tələbələr onu dövrəyə alıb buraxmadılar
Onlardan ən davakarı qəzəblə soruşdu:
-
Bu notlarla nə demək istəyirsən, danış!
-
Şəhəri pis zövqlərdən təmizləmək istəyirəm,
Sən o resenziyaların peşimançılığını çəkməlisən
*
.
Həqiqətən, mən bir növ “tiran Dionis”lə ünsiyyətdə olmalı idim. O, Betho-
veni yalnız ikinci simfoniyasına qədər qəbul edirdi və onun “Eroica”sını artıq us-
tadın zövqünün tam zəifləməsinin nəticəsi hesab edirdi. Lakin Motsarta və onun-
*
Almancadan sətri tərcümə.