79
Rixard Vaqner
Mənim həyatım
la yanaşı yenilərdən sadəcə Lindpayntnerə hörmət bəsləyirdi. Aydındır ki, belə
adama yaxınlaşmaq çətin idi və mən tiranları öz məqsədim üçün istifadə etməyə
kömək edəcək üsullarla tanış olmaq məcburiyyətində qaldım. Özümü onun baxış-
larının yeniliyinə təəccüblənmiş kimi göstərir, heç vaxt ona qarşı çıxmır və dünya-
görüşlərimizin üst-üstə düşməsini təsdiqləmək üçün şübhəsiz ki, Motsartın təsiri
ilə yazılmış “C-dur”dakı uvertüramın və simfoniyamın final fuqasına istinad edir-
dim. Mükafat özünü çox gözlətmədi: Dionis yeniyetmə həvəsi ilə orkestr üçün
yazdıqlarıma nəzər salmağa başladı. Konservatoriyanın tələbələri onun yeni sim-
foniyamın taktını quru, lakin dəhşətli dərəcədə gurultu ilə vurmasından böyük
ehtiyatla keçməli idilər. Dostlarımın, o cümlədən, konservatoriyanın hamisi olan
qoca qraf Paxtanın iştirakı ilə o vaxtkı əsərlərimin arasında az-çox əhəmiyyətlisi
olan simfoniyanın ilk ifası baş tutdu.
Bu musiqi uğurları ilə yanaşı qəribə eniş-yoxuşlar yaşayaraq Paxta ailəsini
mənim üçün cəlbedici edən orijinal pərəstişlərimi davam etdirirdim. Mənim tale
ortağım Xaşa adlı şirniyyatçı idi. Bu uzun, arıq və çox quru gənc çexlərin bir çoxu
kimi yaxşı şirniyyata maraqla musiqi məşğələlərini özündə birləşdirirdi. O, Avqus-
tanı müşayiət edərkən xasiyyətinə uyğun aşiqlik hiss etmişdi. O da mənim kimi,
paytaxtı ziyarət edən kavalerlərin tez-tez Paxta ailəsinə gəlməyinə nifrət edirdi.
Lakin mənim narazılığım yumoristik formada ifadə olunsa da, o zavallı get-gedə
qaraqabaq, melanxolik, hətta narahat və yöndəmsiz birinə çevrilirdi. Beləliklə,
axşamların birində əsas kavalerin gözlənilən gəlişinin şərəfinə böyük çıl-çırağı
yandırmaq qərarı qəbul olunanda onun uzun bədənində yerləşən hündür başı çıl-
çırağa ilişdi, çıl-çıraq qırıldı və beləliklə, bayramın işıqlandırılmasına mane oldu.
Baş verənlər rəfiqələrimizin anasının narazılığına səbəb oldu. Bundan sonra
şirniyyatçı qrafın evinə ziyarətləri kəsməyə qərar verdi. Onda mən adamın içini
gəmirən xüsusi qısqanclıq hissi ilə özünü biruzə verən əsl əzab tutmalarını sez-
dim. Lakin bu halda qısqanclıq həqiqi sevgidən doğmurdu. Yadımdadır, bir dəfə
anaları məni qapının ağzında ləngitməyə çalışmışdı. Bəzi əlamətlərdən bayram-
sayağı geyinmiş xanımların qonaq otağında sevmədiyim gənc aristokratla söhbət
etdiklərini təxmin edə bilmişdim. Qəfil içimdə Hoffmanın hekayələrində şeytani
ehtiraslar haqqında anlamadığım hər şey oyandı və mən Praqanı şübhəsiz ki, məni
indiyədək keçirmədiyim həyəcanlara sürükləyən vəziyyət və şəxsiyyətlər barədə
mübaliğəli və ədalətsiz fikirlərlə tərk etdim.
38
Cəmiyyət arasında davamlı olmağın daha bir xeyrini gördüm. Pravonində po-
etik mətnlərin yazılması və musiqi kompozisiyası üzərində işləyirdim. Uşaqlıq dos-