Rixard Vaqner
Mənim həyatım
80
tum Teodor Apelin “Zəng səsləri”adlı şeirinə musiqi bəstələyirdim. Hərçənd, artıq
ötən qış Leypsiqdə teatr konsertində ifa olunan soprano və orkestr üçün böyük ariya
yazsam da, bu yeni iş mənim üçün duyğularla dolu ilk vokal kompozisiyası idi.
Şübhəsiz ki, ümumi xarakterinə görə o, Bethovenin oxu üçün kompozisiyalarının,
xüsusilə, “Liederkreis”in təsiri ilə yazılmışdı. Buna baxmayaraq onu şəxsən mənə
məxsus, zərif, xəyalpərəst hisslərin müşayiəti ilə ifa olunan bir şey kimi xatırlayı-
ram. Mənim poetik yaradıcılığım faciəli operanın mətni üçün ilk cizgilərinin atılma-
sından ibarət idi. “Toy” adlandırdığım əsər üzərində işi Praqada bitirdim. Hamıdan
müəllifliyimi gizlətməyə çalışsam da, bu, get-gedə çətinləşirdi. Qış gəldiyi üçün ba-
laca, soyuq otağımda işləyə bilmədiyimdən nahardan sonra bütün vaxtımı keçirdi-
yim Moritsin mənzilində işləməli olurdum. Dəfələrlə ev sahibi gələndə əlyazmanı
tələsik divanın arxasında gizlətməli olduğumu xatırlayıram.
Bu dramatik işin süjetinə gəlincə isə məsələ belə idi. Artıq bir neçə il əvvəl
mən Bişiqin kitabında cəngavərlik barədə indiyə qədər heç yerdə rastlaşma-
dığım faciəli epizod oxumuşdum. Bir əsilzadə xanım gecə ona gizli və ehtiraslı
eşq bəsləyən adamın hücumuna məruz qalır. Təhqir olunmuş ləyaqət duyğusu-
nun verdiyi güclə müqavimət göstərən qadın hücum edəni qəsrinin daş həyətinə
itələyir. Onun müəmmalı ölümünün sirri, təntənəli dəfn mərasimi zamanı dua
edənlərin arasında olan əsilzadə xanımın qəfil, nəfəssiz halda yerə yıxılması-
na qədər açılmamışdı. Bu epizoddakı ehtiraslı, gizli duyğunun əsrarəngiz gücü
fantaziyama canlı boyalarla həkk olunmuşdu. Hoffmanın hekayələrində bu cür
əhvalatların özünəməxsus işlənməsinə yoluxduğum üçün bir novella hazırladım.
Bu əsərdə o vaxtlar çox sevdiyim musiqili mistisizmə əsas rol vermək istəyirdim.
Əhvalat zəngin incəsənət hamisinin mülkündə baş verməli idi. Yaxın gələcəkdə
isə toy gözlənilir. Toya bəyin maraqlı, içinəqapalı, melanxolik gənc dostu da dəvət
olunub. Bu insanlarla qoca saf orqan ifaçısı da sıx əlaqədədir. Musiqiçi, melan-
xolik gənc və gəlin arasında yaranan mistik münasibətlərin istiqaməti orta əsrlər
əfsanəsindəki əhvalata gətirib çıxaran, bir-birinə hörülmüş vəziyyətlərin açılması
ilə aydın olacaqdı. Müəmmalı şəkildə ölən gəncin və həyatını sirli şəkildə sonlan-
dıran gəlinin açıq qəbri qarşısında təntənəli dəfn ayini zamanı qoca orqan ifaçısı
da ölür. Başının üstündə susmayan triadanın səsləri yüksəlsə də, onu skamya-
da canını tapşırmış vəziyyətdə tapırlar. Bu novellanı tamamlamamışdım. Lakin
opera üçün mətn yazmaq istəyəndə yenidən onun ilk nüsxəsinə qayıtdım və əsas
cizgilərinə riayət edərək haqqında danışacağım dramatik əhvalatı işlədim.