81
Rixard Vaqner
Mənim həyatım
39
İki görkəmli nəsil uzun müddət düşmənçilik edirlər və nəhayət barışıqla-
rını andla möhkəmləndirmək istəyirlər. Ailənin ağsaqqalı qızının nəslin sadiq
nümayəndələrindən biri ilə nişanlanması münasibəti ilə keçmiş düşmənlərinin
oğlunu da mərasimə dəvət edir. Qonaqlar inamsızdırlar və xəyanətdən qorxurlar.
Onların başçısının ürəyi isə yeni tərəfdaşının gəlininə qarşı qaranlıq ehtirasla do-
lub. Onun tutqun gözləri gəlinə zillənib. Gəlini bəyin gözləmə otağına aparanda
qız qəfil, hündür qüllənin pəncərəsindən eyni dəhşətli ehtirasla dolu gözlərin bax-
dığını görür. Qız bunun ölüm-dirim məsələsi olduğunu anlayır. Gəlin onu alovlu
şəhvətlə qucaqlayan gəlməni eyvana sıxışdırıb məhəccərdən aşağı atır. Onun yerə
yapışmış cəsədini tapan dostları dərhal toplaşıb xəyanətdən şübhələnirlər və in-
tiqama səsləyirlər. Qəsrin həyətində inanılmaz qarışıqlıq başlayır. Faciəli şəkildə
yarıda qalmış toy ziyafəti qanlı gecəyə çevrilə bilər. Lakin ailənin möhtərəm ağ-
saqqalının öyüdləri nəticəsində fəlakətin qarşısı alınır. Müəmmalı şəkildə ölmüş
gəncin qohumlarına qasid göndərirlər. Qarşısıalınmaz faciəyə yol verməmək üçün
ölü şübhəli ailənin bütün üzvlərinin duası ilə qeyri-adi təntənə ilə torpağa tapşırıl-
malıdır. Həm də bu zaman İlahi ədalət xəyanətin günahkarını üzə çıxaracaq. Dəfn
mərasiminə hazırlıq zamanı gəlin sürətlə artan dəlilik əlamətləri göstərməyə baş-
layır. O, nişanlısından qaçır, onunla birlikdə olmaq istəmir, otağına qapanır və heç
kimi yaxın buraxmır. Yalnız gecə təntənəli dəfn mərasimində iştirak etmək üçün
rəngi solmuş və susqun gəlin qızların müşayiəti ilə peyda olur. Onun tündməcaz
ciddiliyi düşmən ordularının yaxınlaşması və öldürülmüş gəncin qohumları
tərəfindən qəsrin mühasirəyə alınması xəbəri ilə pozulur. Qisasçılar kilsəyə girib
dostlarının qatilini səsləyəndə dəhşətə gəlmiş qəsr sahibi cansız qızına işarə edir.
O, nişanlısından uzaqlaşıb qəbrin qarşısında yıxılmışdı.
Uzaq gənclikdən qalan “Leybald və Adelaida”nın əks-sədası ilə yazdığım
qaramat etüd zərrə qədər işığı, yersiz opera bəzəkləri olmadan qapqara bir əsər
idi. Buna baxmayaraq sarı simlərə toxunulmuşdu və ilk aktın introduksiyası (vo-
kal septeti üçün adacioda düşmən ailələrin barışması, gəlinlə bəyin hissləri və gizli
aşiqin ehtiras alovu ifadə olunduğu hissə) aydınlığına və axıcılığına görə Leypsiqə
qayıdanda kompozisiyanın ilk hissəsini göstərə bildiyim Veynlixin çox yüksək
təriflərinə layiq oldu. Xüsusilə, bacım Rozaliyanın razılığını almağı vacib hesab
edirdim. Ancaq məhz o, əsərimlə dostlaşa bilmirdi: ona mənim qəsdən buraxdı-
ğım şeylər lazım idi, o sadələşdirilmiş münasibətləri bəzəkli və müxtəlif, mümkün
qədər xoş situasiyalara çevrilmiş görmək istəyirdi. Onda düşünmədən tamamilə
sakit şəkildə əlyazmanı yox etdim.