Rixard Vaqner
Mənim həyatım
82
40
Bunun səbəbi təhqir olunmuş şöhrətpərəstliyim deyildi. Həqiqətən, bacıma
bir tərəfdən əsərimə necə az dəyər verdiyimi, digər tərəfdən, onun fikrini necə
yüksək qiymətləndirdiyimi sübut etmək istəyirdim. Əgər Rozaliya digər bacıları-
mın və anamın xüsusi sevgi və hörmətini qazanmışdısa, bunun əsas səbəbi uzun
illər boyu əla ailə başçısı olması idi.Artist kimi aldığı kifayət qədər yaxşı məvacib ev
xərclərinin əsas hissəsini təşkil edirdi. O, peşəsinin də gücü ilə müxtəlif imtiyazlar-
dan istifadə edə bilərdi. Evin ona aid hissəsi xüsusilə rahat və məşğələləri üçün la-
zım olan sakitliyə riayət edəcək şəkildə tərtib olunurdu. Bazarlıq günlərində hamı
daha az yeməklə qidalanırdısa, bacım həmişəki payını alırdı. Lakin onun kiçik ailə
üzvlərindən əsas üstünlüyü mehriban ciddiyyəti, dəbdəbəli özünüifadə üslubu və
demək olar ki, hər vaxt evimizdə hökm sürən bir qədər səs-küylü tona keçməyən
zərif düşüncəli əhvalı idi. Əlbəttə, mən ailədə anama və bizimlə ana kimi rəftar
edən bacıma ən çox narahatlıq gətirən şəxs idim. Ağır tələbəlik illərində onun
uzaqlığı mənə böyük təsir göstərirdi. İndi o, yenidən gələcəyimə ümid bəsləməyə,
dərslərimlə maraqlanmağa başlayanda bu münasibət məni isidib gümrahlaş-
dırmışdı. Məni demək olar ki, itirilmiş hesab edən bacımın işlərimi hörmət və
səbirsizliklə izləməyə başlaması qürurum üçün xüsusi stimul idi. Bu şərtlər altın-
da məndə Rozaliyaya qarşı zərif, hətta bir qədər xəyalpərəst simpatiya yaranmışdı
və saflaşdırcı iilıqlıqla dolu təsirinə görə bu simpatiya, qadın və kişi arasındakı ən
ülvi münasibətlərlə eyni sıraya qoyula bilər. Onun xüsusi istedadı, daha doğrusu,
teatra xüsusi istedadı yox idi. Adətən onun ifasını əzbərçi və süni hesab edirdilər.
Buna baxmayaraq qeyri-adi dərəcədə cazibədar xarici görünüşü, saflığı, ləyaqəti
və qadın nəcibliyi sayəsində o, hər kəsin hörmətini və diqqətini cəlb edə bilmişdi.
Mənim də yaddaşımda insanların onun qarşısında necə sədaqətlə baş əydiklərini
sübut edən xatirələr qalıb. Lakin hadisələr heç vaxt ona daha uzun münasibətə
ümid verəcək şəkildə inkişaf etmirdi. Anlamadığım səbəbdən o, uyğun həyat yol-
daşı tapmaq imkanını get-gedə daha çox itirərək qız üçün yetkin dövrə çatmışdı.
Bəzən mənə elə gəlirdi ki, taleyinin bu cür olduğu üçün Rozaliyanın üzündə kədər
sezirdim. Hətta yadımdadır ki, bir axşam otaqda tək olduğunu zənn edərək sakit-
sakit ağlayıb şikayətlənmişdi. Ancaq həmin axşam otaqda mən də var idim. Bu
mənə elə təsir etmişdi ki, yavaşca otaqdan çıxan zaman bundan sonra ona həmişə
xüsusi hörmət bəsləməyə və uğurlarımla onu sevindirməyə söz verdim. Əbəs yerə
atalığımız Heyer, bu həssas qızı “mələk” deyə çağırmırdı. Yuxarıda qeyd etdiyim
kimi, teatr istedadı nə qədər əhəmiyyətsiz idisə, fantaziyası, incəsənət və bütün bu
ülvi şeylərdən anlayışı bir o qədər canlı idi. Nəticədə məni də çox həyəcanlandıran
şeylər barədə nələrisə ilk dəfə məhz onun dilindən açıq-aydın eşitmişəm. Onun