83
Rixard Vaqner
Mənim həyatım
ətrafında həmişə dəyərli, bəşəriyyətin ülvi məsələləri ilə maraqlanan, mübaliğənin
ən kiçik əlamətlərindən belə tamamilə azad insanlar toplaşırdı.
41
Uzun səyahətdən qayıdandan sonra evimizdə Rozaliyanın mühitində yaxşı
qəbul edilmiş yeni tanış Haynrix Laube ilə qarşılaşmışdım.
Bu, iyul inqilabının əks-sədasının gənc alman intellektuallarının da davra-
nışlarına toxunduğu vaxtlara təsadüf edirdi. Laube tezliklə onların arasında önə
çıxdı. Bu gənc Sileziyadan kitab işinin mərkəzi olan Leypsiqə gəlib burada lazımlı
əlaqələr quraraq məktubları ilə hətta bizdə də səs-küyə səbəb olan Bernenin oldu-
ğu yerə - Parisə getmək istəyirdi. Təsadüfən teatrda Lüdviq Robertin “Şəraitlərin
təsiri” pyesinin tamaşasında iştirak edən Laube bu barədə
Leipziger Tageblatt”
a
rəy yazmalı olur. Rəyinin kəskin və canlı forması bir anda hər kəsin diqqətini cəlb
etmişdi. Ona dərhal
Zeitung für die elegante Welt”
in redaktorluğu təklif olunur. O,
eyni zamanda, kitab işi ilə bağlı digər təkliflər də almışdı. Bizim evdə onu parlaq
istedada malik biri kimi qarşılayırdılar: onun poeziyadan uzaq iti, qəfil, adətən
acıdil tərzi orijinal və cəsarətli hesab olunurdu. Düzgünlüyü, sözü üzə deməyi
və cəsarətli kobudluğu hamını əməklə möhkəmlənmiş gənc xarakterinin hesabına
ələ alırdı. Laube mənə gümrahlaşdırıcı təsir göstərirdi. Lakin o simfoniyamı ilk
dəfə eşidəndə tərəfimi saxlayıb musiqi istedadına malik olduğumu bildirəndə çox
heyrətlənmişdim.
Bu simfoniya 1833-cü ilin əvvəlində Leypsiqin “Dərzilər klubu”nda ifa olun-
muşdu. Bu hörmətəlayiq məkana sonralar “Evterpa” köçmüşdü. Əsərim ilk dəfə
bu kirli, dar, zəif işıqlandırılmış zalda ən adi orkestrin ifası ilə ictimaiyyətə təqdim
olunmuşdu. Həmin gecə yaddaşımda iyrənc bir kabus kimi qalıb. Buna baxma-
yaraq, Laubenin bu konsertə xoş münasibəti məni təəccübləndirmişdi. Ona görə
tezliklə
Gewandthaus
da baş tutacaq konsertdə simfoniyamın ifasını səbirsizliklə
gözləyirdim. Orada hər şey həqiqətən möhtəşəm və arzuolunan şəkildə keçmiş-
di. Əsər yaxşı qəbul olundu, bütün qəzetlərdə rəylər çıxdı. Heç yerdə qərəz gözə
dəymirdi. Əksinə, bir çox hesabatlar məni ruhlandırırdı. Artıq məşhurlaşmış Lau-
be isə Meyerber üçün hazırladığı opera mətnini mənə güzəştə getdiyini elan etdi.
Bu hərəkət məni qorxutdu. Lakin özümü poeziya sahəsində sınamaqdan qorxmur-
dum. Hətta əsl opera mətni yazmaq istəyirdim. Həm də mənim artıq bu barədə öz
düzgün, instinktiv hisslərim var idi. Bu hisslərin doğruluğu Laube çoxmənalı əda
ilə məni öz mövzusu ilə tanış edəndə təsdiqləndi. O bildirdi ki, “Kostyuşko”nun
süjetini qəhrəmanlıq operası üçün hazırlamaq fikrinə düşüb. Onda mən ikinci
dəfə qorxdum. Çünki Laubenin tarixi hadisələrin dramatik təsvirinin xarakterinə