Rixard Vaqner
Mənim həyatım
84
münasibətdə yanıldığını dərhal hiss etdim. Ondan nəzərdə tutduğu süjetin han-
sı səhnə hərəkətlərindən, şəkillərindən ibarət olduğunu soruşdum. O isə Polşa-
nın azadlıq uğrunda mübarizəsinin əsas qəhrəmanlarından birinin simasında
hadisələrlə bol təsvirindən başqa bir şey tələb etdiyimi eşidəndə təəccübləndi. Bu
mübarizədə Polşa xalqının bədbəxtliyini əks etdirən çoxlu faktlar tutmaq olardı.
Təbii ki, rusa aşiq olan gənc polşalı qız da qaçılmaz idi. Bunun sayəsində sevgi ilə
bağlı vəziyyətlər öz-özünə yaranırdı. Dərhal bacıma bildirdim ki, bu mətn mənim
operama yaramır. O, mənim tərəfimi tutdu, lakin izahatları bir qədər ləngitməyi
xahiş etdi. Məni Vürsburqa səfər xilas etdi. Bundan sonra tezliklə Laubeyə yazılı
şəkildə mətndən imtina etdiyimi bildirdim. O, bu xırda incikliyi sakit qarşıladı.
Lakin mətnlərim üzərində özüm işlədiyim üçün məni heç vaxt bağışlamadı.
42
Onun möhtəşəm siyasi poemasının əvəzində hansı süjetə üstünlük ver-
diyimi öyrənəndə şübhə hissini biruzə verməkdə gecikmədi. Bu süjeti Hotsi-
nin
La Donna Serpente”
adlı dramatik nağılından götürüb “Pərilər” adlı altın-
da işləmişdim. Qəhrəmanlarımın adlarını müxtəlif osmanlı və ruhən bir-birinə
bənzər digər poemalardan götürmüşdüm. Şahzadəmin adı Arindal idi, onu Ada
adlı bir pəri sevirdi. Bu pəri Arindalı öz səltənətindən uzaqda sehrli ölkəsində
əsirlikdə saxlayırdı. Uzun axtarışlardan sonra sadiq dostları Arindalı tapıb vətən
barədə bəd xəbərləri verirlər. Paytaxt artıq düşmənlər tərəfindən əsir götürülmüş-
dü. Bu xəbər Arindalda evə qayıtmaq istəyi oyadır. Aşiq pəri özü onu vətəninə
yola salır. Həm də bədbəxtlikdən o, öz əli ilə sevdiyini çətin sınaqlara salmalı idi.
Onların qalibiyyəti Adanı pərilərin əbədi həyatından azad edib sevgilisinin tale-
yini bölüşə bilən, sevən qadına çevirə bilərdi. İflasa uğramış ölkəyə qayıdan şah
oğlu tamamilə ruhdan düşür. Böyük ümidsizliyə qapılan anda sevgilisi onun ya-
nına gəlib inanılmaz qəddarlıqla qəsdən Arindalın ona olan sevgisini zəiflətməyə
çalışır. Arindal başına gələn dəhşətli hadisələrdən dəli olur. Ona elə gəlir ki, indiyə
qədər zalım cadugərin əlində silah olub və Adaya lənət yağdıraraq bu öldürü-
cü ovsunun hökmranlığından azad olmaq istəyir. Qəmə qərq olmuş bədbəxt pəri
həmişəlik itirdiyi sevgilisinə ümumi talelərini açır. Pərilərin andını pozduğu üçün
Ada əbədi daşa çevrilməyə məhkum edilir (Hotsidəki ilana çevrilməni bu cür
dəyişdirmişdim). Həmin an aydın olur ki, pərinin səbəb olduğu bütün dəhşətlər
ilğım imiş. Möcüzəli şəkildə tezliklə düşmənlər üzərində qələbə çalınır. Ölkə isə
çiçəklənib inkişaf edir. Lənəti yerinə yetirənlər Adanı aparırlar, Arindal isə dəliliyi
ilə təkbətək qalır. Lakin bu əzablar qəddar lənət tərəfdarlarını razı salmır. Onlar
Arindalın ölümünə nail olmaq üçün peşman olmuş cinayətkarın gözünə görünüb