85
Rixard Vaqner
Mənim həyatım
Adanın üzərindəki ovsunu götürməyin üsullarını göstərmək bəhanəsi ilə onu ye-
raltı dünyaya çağırırılar. Ancaq iş elə gətirir ki, bu xəyanətkar çağırış Arinaldın
dəliliyi üçün yüksək, ruhlandırıcı təkana çevrilir. Bundan başqa, krallığa sadiq
sehrbaz ona möcüzəli silah, alətlər verir və o, xəyanətkar pərilərin arxasınca dü-
şür. Pərilər isə Arindalın bir-birinin ardınca yeraltı bədheybətlərə qalib gəldiyini
görüb heyrətlənirdilər. Lakin onlar Arindalı mağaraya gətirib adam formalı daşa
işarə edəndə yenidən qəhrəmanın öləcəyinə ümid edirlər. O, Adanın gizləndiyi
daşın tilsimini açmasa, özü də əbədi belə bir daşa çevriləcək. İndiyə qədər yal-
nız sehrbazın hədiyyə etdiyi qılınc və qalxanı istifadə edən Arindal bu dəfə heç
istifadə etmədiyi bir aləti – liranı əlinə götürür. O, ürəyindəki bütün şikayətləri,
peşmanlığı və qarşısıalınmaz iztirablarını bu alətlə ifadə edir. Bu ovsun, bu mu-
siqi daşı yumşaldır: sevgilisi azad olur və sehrli aləmin bütün gözəllikləri onlara
yenidən açılır. Arindal anlayır ki, Ada onun səhvlərinə görə ölümsüzlükdən imti-
na etmək hüququnu itirsə də, indi o, ən güclü tilsimi sındıra bildiyinə görə pərilər
səltənətində əbədilik yaşaya bilər.
Əgər “Toy”u yazarkən bütün opera bəzək-düzəyindən imtina edib ən
görkəmsiz realizmə yer vermişdimsə, bu süjeti bütün təfərrüatlarla bəzəməyə ça-
lışmışdım. İdeal sevən cütlüklə yanaşı real cütlük, onlarla yanaşı isə üçüncü – ko-
bud komik cütlük var idi. Təbii ki, onlar silah daşıyanların və kənizlərin arasından
seçilmişdi. Poetik diksiyaya və şeirə demək olar ki, qərəzli laqeydliklə yanaşmış-
dım. Daha poetik şöhrətə iddia məni əvvəlki kimi narahat etmirdi. Mən özü üçün
münasib “opera mətni” hazırlamaq istəyən əsl “musiqiçi” və “bəstəkar”a çevrilir-
dim. Artıq bir şeyi dəqiq bilirdim ki, başqa heç kim bu işin öhdəsindən gələ bilməz.
Çünki opera mətni tamamilə xüsusi bir şeydir və onu nə şair, nə ədib yaza bilər.
43
Bu mətnə musiqi yazmaq məqsədilə 1833-cü ilin yanvarında Leypsiqi tərk
edib Vürsburq teatrında xidmət edən böyük qardaşım Alberti ziyarətə getdim.
Mənə elə gəlirdi ki, musiqi bacarığımı işdə tətbiq etmək vaxtı yetişmişdi və qar-
daşım mənə yardım etməli idi. Poçt arabası ilə Qofdan keçib Bamberqə getdim.
Orada şeypurçalandan aktyorluğa keçid edən Şunke adlı bir gənclə bir neçə gün
vaxt keçirdim, o vaxt böyük səs-küyə səbəb olmuş Kaspar Hauzerin hekayəti ilə
yaxından tanış olmuşdum və səhv etmirəmsə, hətta onunla şəxsən görüşmüş-
düm. Bazar satıcılarının qeyri-adi geyimlərinə baxıb Hoffmanı və onun fantastik
hekayələrinin burada yaranmasını xatırladım. Sonra fayton kirayələyərək soyuq-
dan titrəyə-titrəyə Vüsburqa yola düşdüm. Qardaşım Albert həyatımda kifayət
qədər yeni hadisə idi. O, elə də geniş olmayan məişətinə alışmağım üçün əlindən