Rixard Vaqner
Mənim həyatım
86
gələni edirdi və bu yaxınlarda onu qorxudan məktuba əsasən gözlədiyi qədər dəli
olmadığımı görüb razı qalmışdı. Hər şeydən əvvəl, o mənə ayda 10 qulden ma-
aşla teatr xormeysteri işini tapmışdı. Beləliklə, qışın qalan hissəsi musiqinin di-
rijorluq sahəsində ilk praktiki məşğələlərlə keçdi. Qısa vaxt ərzində xorun payı
çox olan iki böyük operanı öyrənmək lazım idi. Daha dəqiq desəm, Marşnerin
Vampir”ini və Meyerberin “Şeytan-Robert”ini. Əvvəllər yeni vəzifəmdə özümü
tamamilə naşı hiss edirdim. Paerin “Kamilla”sının heç tanımadığım partiturasın-
dan başlamalı idim. Yaddaşımda mənə uyğun gəlməyən məşğulluq duyğusu qa-
lıb. Özümü əsl həvəskar kimi hiss edirdim. Lakin tezliklə Marşnerin partiturası
diqqətimi o qədər cəlb etdi ki, əməyimin bəhrəsini bütövlüklə aldım. “Robert”in
partiturası məni məyus etmişdi. Qəzetlərdəki hesabatlara görə, fövqəladə oriji-
nallıq və ekssentrik yeniliklər gözləyirdim. Lakin bu əvvəldən axıra qədər səthi
əsərdə gözlədiklərimin heç birini tapmadım. Həm də finalı ikinci aktın finalına
bənzəyən opera heç bir vəchlə mənim sevimli musiqi əsərlərim arasına daxil ola
bilməzdi. Bircə klapanlı yeraltı boru – ananın ruhunun səsi – xoşuma gəlmişdi.
Robert”lə sıx əlaqə nəticəsində düçar olduğum təslimçi-estetik demoralizasiya
qəribə idi. Bu səthi əsərə, heç cəlbedici olmayan və buna görə də xoşuma gəlməyən
alman musiqiçisinə ilkin antipatiya yavaş-yavaş yoxa çıxırdı. Tamaşanın uğurlu
alınması üçün məcburi göstərdiyim maraq pis hissləri kölgələyirdi. Nəhayət, bu
boş, mübaliğəli, sırf publikanın razılığını qazanmaq üçün yararlı olması nöqteyi
-
nəzərindən melodiyanın bütün müasir tərzi-təqlidini qəbul etdim. Üstəlik, söhbət
həm də mənim gələcək muzikdirektor karyeramdan getdiyi üçün mənə görə na-
rahat olan qardaşımın gözlərində bu inad çatışmazlığı yalnız mənim xeyrimə idi.
Beləcə, klassik zövqümün tənəzzülünə hazırlıq gedirdi. Lakin iş o qədər sürətlə
getmədiyi üçün yüngül janr məsələlərində təcrübəsizliyimi sübut etməyə macal
tapmadım. Qardaşım Bellininin
Stanier”
inə onun “Quldurlar”ından kavatinanı
-
əlimizdə olmayan partituranı - qoymaq istəyirdi. O bu hissəni musiqi alətləri
üçün hazırlamağı mənə tapşırmışdı. Fortepiano aranjmanından musiqili duru
riturnellərin və intermediyaların səs-küylü, gurultulu instrumentovkasını heç cürə
öyrənə bilməzdim. Və final fuqası olan “C-dur”simfoniyasının bəstəkarı burada
yalnız tersiyada ifa edən bir neçə fleyta və klarnetə əl ata bildi. Orkestrin məşqi
zamanı kavatina o qədər boş və solğun səslənirdi ki, bu fikirdən imtina edib məni
nüsxənin hazırlanması üçün boş xərclər etdiyinə görə qınadı. Lakin reputasiyamı
bərpa edə bildim. “Vampir”də Obrinin tenor ariyası üçün yeni alleqro yazıb mətn
tərtib etdim. Bu əlavə şeytani və effektiv olduğundan auditoriyanın razılığını və
qardaşımın həvəsləndirici təriflərini qazandı.