87
Rixard Vaqner
Mənim həyatım
44
Həmin il ərzində (1833) eyni alman üslubu ilə “Pərilər” üçün musiqi yazdım.
Pasxadan sonra qardaşım və arvadı Vüsburqdan qastrollara yola düşdülər. Mən
isə uşaqlarla – üç balaca qızcığazla tək qaldım və özümü məsuliyyətli tərbiyəçi ro-
lunda xüsusilə yaxşı hiss etdim. Bir qədər işimlə, bir qədər də şən vaxt keçirməklə
məşğul olduğum üçün təbii ki, uşaqlara az qayğı göstərirdim. Oradakı dostlarım
arasında Aleksandr Müller – dəyərli musiqiçi və pianoçu, həmçinin şən əhli-kef
gənc mənə xüsusi təsir göstərdi. Onun qeyri-adi dərəcədə yüngül imrpovizə etmək
bacarığı xoşuma gəlirdi. İstənilən mövzudakı fantaziyalarına saatlarla qulaq asa
bilərdim. Onunla və digər dostlarımla – onlardan Valentin Qamm gülməli fiqu-
rası, skripkada əla ifası və bir əllə duodesima götürə bilmək bacarığı ilə xüsusən
diqqətimi cəlb etmişdi – tez-tez şəhərətrafına gəzintilər edir, Bavariya pivəsi və
Frankon şərabı içərək vaxt öldürürdüm. Dağın başında yerləşən “Son mərhələ”
adlı pivə restoranı hər axşam vəhşi, bəzən entuziazma keçən şənliyimə və qay-
ğısızlığıma şahid olurdu. İsti qış gecələrində dünyaya və incəsənətə həyəcanlı
hisslərlə dolub-daşaraq üç balaca dostumun yanına qayıdırdım.
Xatirəmdə həmişəlik qara ləkə kimi qalan pis zarafatı xatırlayram. Yoldaş-
larımın arasında Frelix adlı sarışın, fövqəladə dərəcədə həvəsli şvabla öz əlimizlə
köçürdüyümüz “C-moll” partituralarını dəyişmişdik. Bu heyrətamiz dərəcədə
yumşaq, lakin qıcıqlı adam Andre adlı birinə kəskin antipatiya bəsləyirdi. Doğ-
rusu, onun bir qədər hiyləgər sifəti mənim də çox xoşuma gəlməmişdi. Andre ilə
hər görüş Frelixin əhvalını korlayırdı. Lakin bu antipatiyanın obyekti qətiyyən
bizimlə bir yerdə olmaqdan çəkinmirdi. Münaqişələr yarananda Andre artıq
açıq-aydın qıcıqlandırmaq məqsədi ilə ətrafımızda görünməyə başlayırdı. Bir
axşam Frelix səbrini basa bilmədi, Andrenin təhqiredici cavabından sonra onu
bizim stoldan çubuqla qovdu. Dava başladı və Frelixin dostları şübhəsiz özləri
də Andredən xoşlanmadıqları üçün davada iştirak etməyi borc bildilər. Məni də
kin bürüdü. Digərləri ilə birlikdə nifrətimizin qurbanını vurmağa başladım. Qəfil
Andrenin kəlləsinə vurduğum zərbənin səsini eşitdim və onun mənə yönəlmiş
təəccüblə zillənmiş baxışlarını gördüm. Bunu həqiqətən utancverici işə görə güna-
hımı yumaq üçün danışıram. Bu kədərli xatirəni yalnız uşaqlıqdan qalan bir şeylə
müqayisə edə bilərəm. Bu Eyslebendəki əmimin evinin qarşısında, kiçik göldə
küçükləri boğarkən məndə qalan dəhşətli təəssüratlara bərabər idi. Ümumiyyətlə,
başqalarının, xüsusilə heyvanların əzablarına hədsiz həssaslıq tez-tez məni ka-
rıxdırır və erkən yaşlarımda belə həyata qəfil, qəribə ikrah doğururdu. Ona görə
yuxarıda təsvir etdiyim kimi təkəbbürlü və düşünülməmiş hərəkətlər yaddaşıma
xüsusən həkk olunur.