Rixard Vaqner
Mənim həyatım
88
45
İlk sevgi barədə xatirələrim çox məsum idi. Hər gün məşğul olduğum xor
ifaçılarından birinin diqqətimi cəlb etməsi qaçılmaz idi. Tabutçunun qızı Tereza
Ringelmanın gözəl sopranosu məndə onu böyük müğənni etmək istəyi oyatdı.
Ona bu planlarım barədə danışanda qız məşqlərdə daha diqqətlə geyinməyə baş-
ladı və saçlarına düzdüyü mirvarilərlə mənim fantaziyamı həyəcanlandırmağı ba-
cardı. Yayda tək qalanda Terezaya mənə hələ də aydın olmayan bir metodla ifa
dərsləri verməyə başladım. Onu tez-tez evdə də ziyarət edirdim. Qorxulu atasını
görməsəm də, anası və bacısı həmişə evdə olardı. Bundan başqa, biz ictimai bağ-
larda görüşürdük. Lakin cəngavərə xas olmayan bir utanc məni sevgi məsələlərini
dostlarımdan gizlətməyə vadar edirdi. Burada tabutçu ailəsinin təvazökar ictimai
mövqeyimi, Terezanın həqiqətən kasad təhsilimi, yoxsa sevgimin ciddiyyətinə
şübhəmi günahkar idi - bunu xatırlamıram. Bircə şeyi bilirəm ki, məndən ciddi
izahat tələb edib qısqandıranda bu münasibətlər tezliklə və iz qoymadan kəsildi.
Mexanikin qızı Frederika Qalvani ilə, ifadə olunan italyan tipli qızla daha
dərin münasibətlər yaranmışdı. Çox musiqili və mehriban, musiqi təhsilinə asan
yatımlı səsəmalik qız qardaşımınhamiliyini qazana bilmişdi. Qardaşımonunuğur-
lu debütünü də təşkil etmişdi. Boyu çox balaca idi, iri qara gözlərə və zərif bədən
quruluşuna malik idi. Dəyərli musiqiçi, orkestrin qaboy ifaçısı uzun müddətdi
ki, bu qıza sıx şəkildə bağlanmışdı. Onu qızın nişanlısı hesab edirdilər. Amma
həyatında baş vermiş bəzi şeylərə görə o, gözlənilən, lakin heç cür yetişməyən toya
qədər qızın valideynlərinin evini ziyarət edə bilməzdi. O ilin payızında araların-
da həmin qaboy ifaçısı ilə nişanlısı da olmaqla bəzi dostlarım məni Vürsburqdan
bir neçə saatlıq yolda kənd toyuna dəvət etdilər. Əsl kəndsayağı şənlikdi. Çoxlu
içir, oynayırdılar. Mən skripkada ifamı bərpa etməyə çalışsam da, məlum oldu ki,
partnyorlarımın tələblərindən qat-qat aşağıdayam. Lakin mehriban Frederikanın
yanında uğurlarım daha çox idi. Kəndlilərin arasında bir neçə dəfə dəli kimi rəqs
etmişdik. Əlimə düşmüş fürsətdən və ümumi həyəcandan istifadə edib rəsmi ni-
şanlının başı oyuna qarışarkən biz qeyri-ixtiyari bir neçə dəfə qucaqlaşıb öpüşmüş-
dük. Nişanlısı Frederikanın mənə qarşı mehriban sərbəstliyini sezəndə kədərlə,
lakin etiraz etmədən taleyinə boyun əydi. Məndə yüngül özündənrazılıq hissi ya-
randı. O vaxta qədər gənc bir xanımda xoş təəssürat buraxa bilmək qabiliyyətimlə
lovğalanmağa səbəbim olmamışdı. Xarici görünüşümlə, cazibəmlə bağlı heç
bir illüziya bəsləmirdim. Doğrusu, gənc xanımların diqqətini cəlb etdiyimi də
hiss etməmişdim. Lakin tədricən mənimlə yaşıd həmcinslərimlə münasibətdə
özündənəminlik yaranmışdı. Qeyri-adi fəallıq və hər zaman baş qaldırmağa hazır
həyəcanım mənə daha sakit yoldaşlarımı maraqlandıran və təəccübləndirən güc