89
Rixard Vaqner
Mənim həyatım
verirdi. Nişanlısı aramızda yaranmış çoşğun yaxınlığı sezən zavallı qaboy ifaçısı-
nın susqun, tutqun əzablarından ilk dəfə nəinki kişilərin, qadınların da gözündə
müəyyən dəyərim olduğunu anladım. Bu vaxt Frankon şərabı öz işini görür və
bizi daha da həyəcanlandırırdı. Nəticədə Frederika ilə mən özümüzü hamının
qəbul etdiyi sevgili cütlük kimi aparırdıq. Gecə yarısından xeyli keçmiş, demək
olar ki, sübhə yaxın bütün kampaniya Vürsburqa geri qayıtdı. Qayıdış mənim xoş
macəramı taclandıran triumf idi. Kədərli qaboy ifaçısı da daxil olmaqla şərabdan
süst düşmüş hər kəs səhər qabağı şirin yuxuya təslim olarkən mən üzümü Frederi-
kanın yanağına söykəmişdim. Biz torağayların doğan günəşi qarşılayan nəğməsini
dinləyirdik.
Bundan sonrakı günlərdə baş verənləri unutmuşduq. Xoş bir utancaqlıq bizi
bir-birimizdən uzaq tuturdu. Lakin mən tezliklə Frederikanın evini ziyarət etməyə
başladım. Orada məni xoş qarşılayırdılar və mən demək olar ki, hər gün bir neçə
saatımı bu evdə Frederikaya açıq-aydın mehriban münasibət göstərərək keçirir-
dim. Zavallı nişanlısı isə hələ də bu evə gələ bilmirdi. Adətən biz onun nişanlısına
olan münasibəti barədə danışmırdıq və Frederikanın bu mənada dəyişiklik etmək
fikri yox idi. Həmçinin heç kim mənim qaboy ifaçısının yerini tutmalı olduğu-
mu da düşünmürdü. Hamının, xüsusən Frederikanın mənə göstərdiyi etimad bir
növ təbiət hadisəsinə bənzəyirdi və ən azı, qışı baharın əvəzləməsi qədər təbii idi.
Heç kim hər hansı vətəndaşlıq nəticələrinə ümid etmirdi. Fikir və qayğıdan ibarət
birgəliyə çevrilməyən gənclik eşqimin ən cəlbedici və xoşagələn tərəfi də məhz bu
idi. Bu münasibətlər Vürsburqdan çoxlu göz yaşı ilə müşayiət olunan gedişimlə
bitdi. Frederikanı uzun müddət unuda bilməsəm də, onunla yazışmırdıım. İki il
sonra bu şəhərdən keçəndə onu yenidən ziyarət etdim. Yazıq qız məni çox utana-
raq qəbul etdi. Qaboy ifaçısı ona sadiq qalmışdı və evlənməsələr də, Frederika ana
olmuşdu. Bu görüşdən sonra onunla əlaqələrimiz tamamilə kəsildi.
46
Bu hadisələr opera üzərində diqqətlə işləməyimə mane olmurdu. Mənim
səylərimi bacım Rozaliyanın qayğıkeş münasibəti dəstəkləyirdi. Yayın gəlişi ilə
xormeyster maaşımı itirəndə bacım yenidən məni cib xərcliyi ilə təmin etməyə
başladı. Bu pullar heç nədən narahatlıq keçirməyərək və heç kimə yük olmayaraq
işi bitirməyə kifayət edirdi. Sonralar mən həmin vaxtlar Rozaliyaya yazdığım uzun
bir məktubu tapmışdım. Məktub bu mərhəmətli varlığa heyranlıqla məhdudlaşan
zərif sevgi ilə yazılmışdı. Qışın gəlməsi ilə qardaşım da qayıtdı. Teatr yenidən
qapılarını açdı. Lakin artıq mənim teatrla heç bir əlaqəm qalmamışdı. Mən mu-
siqi cəmiyyətinin konsertlərində böyük uvertüramın və “C-dur”simfoniyamın,