Rixard Vaqner
Mənim həyatım
90
həmçinin, yeni operamdan hissələrin dirijoru kimi çıxış edirdim. Adanın böyük
ariyasını möhtəşəm səsə malik bir həvəskar ifaçı freylen Fridel ifa edirdi. Ardın-
ca terset gəlirdi və bir yerdə o elə səslənmişdi, ifaçılar arasında olan qardaşıma
elə nəfəskəsən təsir göstərmişdi ki, sonradan etiraf etdiyinə görə hətta çıxışına bir
qədər gecikmişdi də.
Milad ərəfəsində işimi bitirdim, tərifəlayiq səliqə ilə partituranı köçürdüm
və yeni ilin gəlişi ilə operanın səhnələşdirilməsinə nail olmaq üçün Leypsiqə qayıt-
dım. Yolda Nürnberqi ziyarət etdim və oradakı teatra təyin olunmuş bacım Klara
ilə ərinə qonaq oldum. Bir neçə il əvvəl Maqdeburqda yanlarında qalarkən özümü
musiqiyə həsr etmək qərarımdan məyus olmuş qohumlarımın yanında keçirdiyim
günləri böyük zövqlə xatırlayıram. Mən artıq musiqiçi olmuşdum, böyük opera və
bəzi əsərlərim auditoriya qarşısında uğurla ifa edilmişdi. Bunu dərk etmək məni
sevindirir və guya ağlamalı taleyimin müəyyən nəticələr verdiyinə inanan qohum-
larıma xoş gəlirdi. Mən şən və şıltaq idim. Bu isə həm kürəkənimizin sərbəst evinə,
həm də Nürnberqin traktir həyatına uyğun idi. İnanılmaz dərəcədə güvənli və şən
əhvalla Leypsiqə qayıtdım, həddən artıq razı qalmış anama və səmimi qəlbdən
sevinən bacıma partituramın əks olunduğu üç dəftəri təqdim etdim.
47
AiləmizuzunsəyahətlərdənqayıtmışqardaşımYuli sayəsindəgenişlənmişdi.
Parisdə bir xeyli vaxt zərgər kimi çalışan qardaşım Leypsiqdə də belə bir iş təşkil
etmək fikrinə düşmüşdü. Hamı kimi qardaşımda səbirsizliklə operamdan hissələri
dinləmək istəyirdi. Lakin bu bir qədər çətin məsələ idi. Çünki məndə bu cür əsəri
rahat və aydın çatdırmaq istedadı yox idi, yalnız tam ekstaz halında müəyyən
qədər ifadəli şəkildə nəyisə ifa edə bilirdim. Rozaliya bilirdi ki, mən ondan bir növ
istək etirafı gözləyirdim. Lakin hələ də aydınlaşdıra bilməmişəm ki, Adanın böyük
ariyasını ifa etdikdən sonra məni qucaqlaması və bacı kimi öpməsi təsirlənməsinin
nəticəsi idi, ya mənə zərif münasibətinin? Lakin onun teatrın direktoru Ringel-
hardt, rejissor və kapelmeysterin yanında operam üçün dəridən-qabıqdan çıxması
tam səmimi davranış idi. Bacım operanın yaxın zamanda səhnələşdirilməsi barədə
vəd ala bilmişdi. Məni bir fakt maraqlandırmışdı. Belə ki, teatrın rəhbərliyi dərhal
dramım üçün lazım olan kostyumların xarakterini aydınlaşdırmaq istəmişdi və
mən onların “şərq” üslubunda olacağını deyəndə çox təəccüblənmişdilər. Çünki
mənə elə gəlirdi ki, ad seçimi ilə qəhrəmanlarımın şimallı xüsusiyyətlərini aydın
qeyd etmişdim. Lakin bu adları uyğun hesab etməmişdilər. Çünki pərilər haq-
qında nağıllara şimalda yox, şərqdə rast gəlinir və Hotsinin orijinal mətni də çox
yəqin oriental xarakter daşıyırdı. Böyük narazılıqla çalmalara və qaftanlara qarşı