02_roma-kapitolini-muzey-achilish.jpg
25 oktyabr 2013

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılışı olub

Oktyabrın 25-də Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin həyata keçirildiyi Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılış mərasimi olub.

 

Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Roma şəhərinin meri İgnazio Marino ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və Roma ilə Bakı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin bir hissəsinin təmirinin Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcəyi vurğulanıb.

 

Muzeyin “Filosoflar zalı”na baxışdan sonra Vaqif Sadıqov və İgnazio Marino birgə mətbuat konfransı keçiriblər.

 

Azərbaycan-İtaliya münasibətlərindən danışan V.Sadıqov Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən işlərin bu baxımdan xüsusi önəm daşıdığını bildirib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Kapitolini Muzeyində görülən bərpa işlərini yüksək qiymətləndirən Roma şəhərinin meri İgnazio Marino isə Azərbaycana minnətdarlığını bildirib, bu təşəbbüsün iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyini söyləyib.


FOTO

VİDEO