İyulun 11-də Kannda 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş yürüş olub. Kann şəhərinin məşhur Kruazet bulvarında keçirilən yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Yürüşün sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Onlara fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Sonra yürüş iştirakçıları arasında lotereya oyunu keçirilib və Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibi müəyyənləşib.
12 iyul 2014
“Euronews” televiziya kanalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş yürüş haqqında süjet hazırlayıb. Reportajda Kannın Kruazet sahilinin Azərbaycan bayraqları ilə bəzədildiyi vurğulanıb: “Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya oyunlarına hazırlığın başlanması belə...