Heydər Əliyev Fondu M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı və filosofu Mirzə Fətəli Axundzadənin abidəsini qoyub. 2012-ci il noyabrın 23-də abidənin açılışı olub.
Layihə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və M. İ. Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə birlikdə həyata keçirilib. Abidənin müəllifi gənc Azərbaycan heykəltəraşı, V. İ. Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, Moskva Rəssamlar İttifaqının üzvü Zaur Rzayevdir.