“Trapezitsa” Memarlıq Muzeyi Qoruğu

  • Layihə
  • Foto
  • Video

Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub.

 

2016-cı il sentyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.

 

Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib.

 

Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.



Paylas:

05.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
18.JPG
22.JPG
23.JPG
24.JPG
25.JPG
26.JPG
27.JPG
28.JPG