Şəki şəhərində yerləşən 16 saylı uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.
2016-cı
il mayın 10-da istifadəyə verilmiş uşaq bağçası 100 yerlikdir. Müəssisə zəruri
avadanlıqla təmin olunub, həyət abadlaşdırılıb.