31 may 2014-cü ildə Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.
“Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.
“Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.
6 iyun 2014
İtaliyanın “Corriere” xəbər saytında Heydər Əliyev Mərkəzində məşhur italyan modelyeri Renato Balestranın kolleksiyasının nümayişi ilə bağlı yazı yerləşdirilib. Yazıda qeyd olunur ki, tanınmış italyan modelyeri Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində nümayiş etdirilib...