Pres-relizlər

0001.jpg

Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr etdiyi “Odun cazibəsi” (Elegance of Fire)  və “Günahsızların qırğını” (The Massacre of İnnocents) kitablarının təqdimat mərasimi olacaq. Tədbir çərçivəsində müəllifin Azərbaycandan çəkdiyi fotolardan ibarət sərgi də açılacaq...

logo_site.jpg

Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Tədbir çərçivəsində qonaqlar “Baku 2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar. “Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının...

Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçiriləcək. Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq...

Noyabrın 10-dan 18-dək Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Festivalın əsas məqsədi aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir...

Oktyabrın 28-də Almaniyanın Hannover şəhərində  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək. Tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər...