2013-cü ilin noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Reymsdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil olunub.
Noyabrın 28-də Reyms şəhərinin To sarayında təşkil olunmuş sərgidə Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar nümayiş etdirilib.
Noyabrın 30-da Reyms Konservatoriyasında təşkil edilmiş konsertdə Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Şəfiqə Axundovanın və başqalarının əsərləri ilə yanaşı, xalq mahnıları və Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş musiqilər ifa edilib, şairənin fransız dilinə tərcümə olunan rübailəri səsləndirilib.
Konsertdən sonra Heydər Əliyev Fondu tərəfindən Məhsəti Gəncəvinin fransız və ingilis dillərində çap olunmuş kitabları tamaşaçılara paylanılıb.
14 dekabr 2013
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Reyms və Miluz şəhərlərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş tədbirlər, Azərbaycanın Fransada təşkil olunmuş beynəlxalq yarmarkada iştirakı yerli mətbuatda geniş işıqlandırılıb. Fransanın “L’union” qəzetində Reyms...