Müqəddəs Marçellinio və Pietro katakombaları 2012-ci il iyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində bərpa edilib.
2014-cü il iyunun 2-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bərpa edilmiş Roma katakombaları ilə tanış olub.
2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində iştirak edib.
Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir.
Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.
30 aprel 2014
İtaliyanın “Uni mondo” portalında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarında həyata keçirilən bərpa işləri barədə məqalə yerləşdirilib. Məqalədə İtaliyanın mühüm tarixi abidələrindən hesab olunan və uzun müddətdir bərpasına ehtiyac duyulan Roma katakombalarının bərpası ilə bağlı sazişin 2 il əvvəl Romada Heydər Əliyev Fondu...
14 fevral 2014
İtaliyanın “İl Tempo” qəzetinin saytında Heydər Əliyev Fondunun Romanın bir sıra tarixi abidələrinin bərpasına töhfəsi ilə bağlı yazı yerləşdirilib. Məqalədə Romada bir sıra qədim, tarixi abidələrin dağılmaq üzrə olduğu bildirilir. Bu abidələrin bərpasının vacibliyini vurğulayan müəllif Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun bu işə verdiyi dəstəkdən bəhs edir...
İtaliyanın “La Repubblica” qəzeti Müqəddəs Roma katakombalarının Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bərpası prosesinin bu ilin aprelində başa çatacağı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, aprel ayından etibarən Müqəddəs Roma katakombaları Vatikana gələn zəvvarların və turistlərin üzünə açıq elan olunacaq. “Ərazisi 18 min kvadratmetr...