Mingəçevir şəhərində yerləşən uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 2015-ci il fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində uşaq bağçasının açılışında iştirak edib.
Bina ikimərtəbəlidir. 120 yerlik bağçada uşaqların təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.