Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə qurumun 2004-2014-cü illərdəki fəaliyyətini əks etdirən kitab-albom nəşr edilib.
Kitab-albom Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sözləri ilə başlayır.
Daha sonra nəşrin girişində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilir.
Kitab-albomda Heydər Əliyev Fondunun yaranmasından, məqsədlərindən bəhs edilir və 2004-2014 cü illər ərzində Fondun müxtəlif sahələr üzrə həyata keçirdiyi layihələr fotoşəkillər ilə birlikdə təqdim olunur.