“Qala qoruğu” bukleti

2011-ci ildə Heydər Əliyev Fondu Azərbaycan və ingilis dillərində “Qala qoruğu” adlı buklet nəşr edib. Bukletdə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verilir.