Background Image
Previous Page  17 / 324 Next Page
Information
Show Menu
Previous Page 17 / 324 Next Page
Page Background

13

nümayəndələri tərəfindən yaradılmışdı”. (30)

Qeyd etmək lazımdır ki, Azərbaycan xanlıqlarının yaranmasını uğurlu

edən amillərdən biri də İran taxtı uğrunda Nadir şahın varisləri arasında

başlamış və demək olar ki, 10 il davam etmiş (1748-1758-ci illər) mübarizə

olmuşdur.

Beləliklə, XVIII əsrin ortalarından etibarən Azərbaycanın tarixində, “si-

yasi cəhətdən bir sıra müstəqil və yarımmüstəqil xanlıqlara parçalanaraq,

siyasi səhnədə vahid dövlət kimi çıxış etməsə də”, çox mühüm dövr - ölkənin

müstəqillik əldə etdiyi bir dövr başlayır. (31) Bu bir neçə onilliyi əhatə edən

mərhələ (yarım əsrdən çox) həm də Azərbaycan xanlıqlarının - Şəki, Qarabağ,

Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Dərbənd, Təbriz, Sərab, Ərdəbil, Xoy,

Urmiya, Qaradağ, Talış, Marağa və Makunun dövlətçilik funksiyalarını yerinə

yetirməsi dövrü də hesab edilə bilər. Bu dövr daha kiçik dövlət cəmiyyətləri

kimi Qutqaşen, Qəbələ, Ərəş, Qazax, Şəmşədil, İlisu sultanlıqları yaranmışdı.

İlisudan şimal-qərbdə Car-Balakən cəmiyyətləri yerləşirdi.

Bununla belə, XVIII əsrin ikinci yarısında Azərbaycanda vahid iqti-

sadi mərkəzin olmaması, ayrı-ayrı əyalətlərin kifayət qədər qapalı şəkildə

dolanması, yerli feodalların – xanların, sultanların, məliklərin, bəylərin

çox hissəsinin yalnız öz şəxsi müstəqilliyinin qayğısına qalması və feodal

parçalanmanın saxlanılmasında maraqlı olması ölkənin birləşməsinə və

mərkəzləşdirilmiş hakimiyyətin yaradılmasına ciddi şəkildə əngəl törədirdi.

Azərbaycanın demək olar ki, bütün xanlıqlarının tarixi fasiləsiz müharibələr

və saray çevrilişləri ilə zəngindir. Bu dövrdə Urmiya, Şəki, Qarabağ, Quba, Xoy

daha qüdrətli xanlıqlar olmuşlar. Təsadüf deyil ki, bu xanlıqların başçılarının

sırasından Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə səy edən çox

güclü şəxsiyyətlər çıxmışdır ki, bu da XVIII əsrin ikinci yarısında Azərbaycanın

siyasi həyatında son dərəcə mühüm hadisə olmuşdur. Belə tanınmış siya-

si xadimlərdən cənubda Urmiya xanlığının əsasını qoyan Fətəli xan Əfşar,

şimalda isə Fətəli xan Qubalı olmuşdur (1736-1789).

Azərbaycanın tarixində məhz Hüseyn Əli xanın oğlu, atasının ölümün-

dən sonra hakimiyyətə gəlmiş Fətəli xanın hakimiyyəti dövründə (1758-

1789) Quba xanlığının rolu və əhəmiyyəti kəskin surətdə yüksəlmişdir. 1760-

1780-ci illərdə Fətəli xan on ildən artıq bir müddətdə (1757-1768) göstərdiyi

səylərdən sonra Azərbaycanın şimal-şərq torpaqlarını – Salyan sultanlığını,

Dərbənd, Bakı və Şamaxı xanlıqlarını öz torpaqlarına birləşdirə bilir. Tezliklə

Şəki xanlığı da Quba xanlığından asılı vəziyyətə düşür. XVIII əsrin 60-cı

illərində Azərbaycan torpaqlarının böyük hissəsini bir dövlət hüdudlarında

cəm edən Quba xanlığı ən qüdrətli xanlıqlardan birinə çevrilir. Belə ki, həmin

dövr Quba xanlığının sərhədləri cənubda Talış xanlığı, qərbdə Şəki xanlığı,

cənub-qərbdə isə Qarabağ xanlığı ilə həmsərhəd idi. (32)

Lakin şimal-şərqi Azərbaycan torpaqlarının siyasi birliyinin bərpa

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi