Background Image
Previous Page  12 / 324 Next Page
Information
Show Menu
Previous Page 12 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

8

“Azərbaycanın demək olar ki, bütün ərazisinin, cənub-şərq küncü is-

tisna olmaqla, osmanlılar tərəfindən müntəzəm olaraq tutulmasına və hətta

uzunmüddətli işğalına baxmayaraq, bununla belə, Azərbaycan bu dövrdə

də artıq İranın Səfəvi dövləti sistemində özünün inzibati baxımdan xüsusi

mövqeyini itirməmişdi... 1593-cü ildən etibarən, Azərbaycanın qızılbaşların

əlində qalan əyalətləri: Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac

və Lənkəran – Qızılüzən və Kür çaylarının arasında olan geniş ərazilər – va-

hid “Azərbaycan” bəylərbəyliyində birləşdilər. Bu bəylərbəyliyin başında

bir-birini əvəz edən Fərhad xan və Zülfüqar xan Qaramanlı qardaşları

dururdu. Bəylərbəyliyin 1595-ci ilədək sayı 10 minə çatdırılmış silahlı

qüvvələri (atlı və piyada) “Azərbaycan qoşunları” adlandırılırdı. (13) Sultan

Türkiyəsinin Səfəvi dövlətinə müntəzəm həmlələri, müharibələr zamanı

türk qoşunlarının ilk növbədə Cənubi Qafqaz və Azərbaycan ərazilərinə hü-

cumu Səfəvi dövlətinin paytaxtının əvvəlcə Təbrizdən Qəzvinə (1548-ci il),

sonra isə İsfahana köçürülməsinin yeganə və həlledici səbəbi olmuşdur ki,

bunun da nəticəsində Azərbaycan Səfəvi dövlətinin mərkəzi və ya paytaxt

əyaləti olması kimi əvvəlki əhəmiyyətini itirmişdir”. (14) Bu hadisə həmçinin

ona səbəb olmuşdur ki, dövlətin mərkəzindən şimala təcrid olunmaq-

la Azərbaycan bilavasitə İran ərazisindən daha çox ayrılmışdır. Bu isə, öz

növbəsində “Azərbaycan xalqının öz əzəli tarixi torpaqlarında ərazi baxımdan

sabitləşməsinə müəyyən mənada şərait yaratmışdır ki, bu da dilin bütövlüyü

ilə yanaşı istənilən xalqın formalaşması üçün ikinci vacib şərtdir”. (15)

1638-ci ildə İran ilə Türkiyə arasında bağlanan müqavilə bu iki ölkə

arasında 80 ildən artıq davam etmiş (1639-1723) sülh münasibətlərinin

qurulmasının başlanğıcını qoymuşdur. Bütün bu dövrdə Azərbaycan,

İranın şimali-qərb ucqarlarını təşkil etməklə, İranın hakimiyyəti altında qal-

sa da, bununla belə bütöv inzibati vahid idi. Belə ki, Azərbaycanın yalnız

Qızılüzən çayının yuxarı sərhədlərindən Böyük Qafqaz silsiləsinədək olan

bütün torpaqlarını deyil, həm də Şərqi Ermənistanın bir hissəsinin daxil

olduğu ərazini təşkil edirdi. Bütün bu dövr ərzində “Azərbaycan” anlayışı

hüdudlarına dörd bəylərbəylik daxil idi: Təbriz – Araz çayından cənuba

doğru Azərbaycanın bütün ərazilərindən başqa Talış və Muğanı əhatə edir-

di; Şirvan – mərkəzi Şamaxı olmaqla, Kür çayından şimala doğru Dərbəndi

də əhatə edən bütün ərazilər; Qarabağ – mərkəzi Gəncə olmaqla, Kür və

Araz çaylararası bütün torpaqlardan Ağstafa və Ordubadadək əraziləri əhatə

edirdi; Bununla bərabər Azərbaycan bəylərbəyliyinin tərkibinə “bu dövrdə

əhalisinin çox hissəsini azərbaycanlıların təşkil etdiyi Çuxursaad bəylərbəyliyi

adlı Şərqi Ermənistan da daxil idi”. (16)

Beləliklə, həmin dövrdə “Azərbaycan” anlayışı Talış və Kaspiana ilə

birlikdə tarixi Atropatenanı, habelə Qafqaz Albaniyasının torpaqlarını tam

şəkildə əhatə edirdi.