Background Image
Previous Page  10 / 324 Next Page
Information
Show Menu
Previous Page 10 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

6

peyğəmbər tərəfindən tikilmiş ilk məscid Quba adlandırılmışdır. X əsrdə

Azərbaycanın hakimi Ənuşirəvan tərəfindən indiki Qubanın ərazisində

tikilmiş qala da “Bade-Firuz-Qubad” adlandırılmış və öz adını Sasanilər çarı

I Qubadın adından götürmüşdür. “Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bunu

xatırlayaraq yazırdı: “əl-Bab haqqında, Kəsra Ənuşirəvanın atası Qubad ibn

Firuzun Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər

inşa etməsi haqqında ...çoxlu xəbərlər var...”. Müəllif Məsqətdən danışarkən,

ehtimal ki, indiki Quba rayonunu və Firuz-abad şəhərini, öz adında onun

əsasını qoymuş Sasani çarı Firuzun oğlu I Qubadın (488-531) adını qoruyub

saxlamış müasir Quba şəhərini nəzərdə tuturdu”. Bu sətirlərin müəllifi,

tanınmış Azərbaycan tarixçisi Sara xanım Aşurbəyli göstərilən iki faktı bir-

biri il əlaqələndirərək hesab edir ki, Quba adı Xilafətin Azərbaycanı və

Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb

tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxil-

dir. “Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə

də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı

məlumatı bu fərziyyəni təsdiq edir: “Qədimdə ərəb tayfalarından biri Quba-

ya köçərək burada məskən salmışdır”. Firuz Qubada köçüb gələn ərəblər

Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi,

onu da tanış olan Quba adı ilə adlandırmışlar. (4)

Həmçinin belə versiyalar da var ki, XII əsrdən məlum olan və in-

diki Azərbaycanın, habelə Şimalı Qafqazın, Özbəkistanın, Qazaxıstanın,

Qırğızıstanın, Altay əyalətinin müxtəlif ərazilərində geniş yayılmış “quba”

və “quva” komponentli toponimlər hansısa bir türk etnonimini təsvir edir.

Məsələn, qırğızlarda “quba” adı ilə məşhur olan tayfanın qıpçaqlardan əmələ

gəldiyi hesab olunur. (5)

XII əsrdən etibarən Quba adına artıq bir çox ərəb mənbələrində rast

gəlinir: ərəb alimi Həməvinin (XIII əsr) coğrafiya lüğətində Azərbaycan

şəhərləri arasında “Kubba” adı da xatırlanır, XVI əsr səfəvi arxiv mənbələrində

“Qubba” əyaləti haqqında bir çox məlumat vardır, digər qaynaqlarda isə

şəhərin adı “Qübbə” kimi çəkilir.

Artıq qəbul edilmiş faktdır ki, müasir Qubanın bünövrəsi XIV əsrdə

qoyulmuşdur. “Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (h.774

(1373-cü il) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu

da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər

olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli

sakinlərin dilindən xəbər verilir ki, “dağın yamacında olan Quba qalası çox-

dan dağılmışdır. Həmin vaxt (1582-ci il - S.A.) Quba çoxlu kəndi əhatə edən

nahiyənin adı idi”. Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə

Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı”. (6)

Quba şəhəri-qalası və ya Quba nahiyəsi yarandığı dövrdən başlayaraq