Background Image
Previous Page  6 / 324 Next Page
Information
Show Menu
Previous Page 6 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

4

“Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının

sənədləri” silsiləsindən olan bu kitab Heydər Əliyev Fondu və

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yenidən nəşr olunur.

Rüstəmova – Tohidi Solmaz Əli qızı.

Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə.

Bakı, 2013-cü il, 316 s.

Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2010-cu ildə

nəşr olunmuş “Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” (Bakı, 552s.) adlı

sənədlər toplusunun qısaldılmış variantıdır.

Bu nəşr I dünya müharibəsi başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və

onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün

1918-ci ilin 15 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış

“Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri” silsiləsindən olan ikinci sənədlər toplu-

sudur. Kitaba 1918-ci ilin aprel-may aylarında Quba qəzasında baş vermiş faciəli hadisələri

təsbit edən “Quba şəhərinin və Quba qəzası kəndlərinin talan edilməsi haqqında” istintaq

işi üzrə FTK-nın sənədləri daxil edilmişdir. Sənədlərdə bir neçə gün ərzində Quba qəzasında

4 mindən artıq dinc müsəlman sakinin, o cümlədən qadın, uşaq və qocaların vəhşicəsinə

qətlə yetirildiyi, yüzlərlə kənd, məscid, mülki obyektlərin yandırıldığı və dağıdıldığı, qəzanın

bütün müsəlman – azərbaycanlı, ləzgi, tat, avar, qrız və digər əhalisinə məxsus əmlakın qarət

olunması və məhv edilməsi kimi faktlar öz əksini tapmışdır. Toplunun üç fəslində müsəlman

qırğınlarının başlanması və gedişinin tarixi xronologiyasını yaradan Quba şəhəri və Quba

qəzası kənd sakinlərinin şahid ifadələri, eləcə də Quba şəhər polis nahiyələri və qəzanın kənd

cəmiyyətləri tərəfindən tərtib edilmiş aktlar toplanmışdır. Bu aktlarda Quba hadisələri zamanı

qətlə yetirilmiş, işgəncə verilmiş və zərərçəkmiş insanların adları, yaşı, cinsi, sayı haqqında ətraflı

məlumatlar gətirilir, müsəlman əhalisinə vurulmuş zərərin həcmi ilə bağlı dəqiq rəqəmlər,

yandırılmış, darmadağın edilmiş və xaraba qoyulmuş kəndlərin adları göstərilir. Toplunun

sənədləri erməni hərbi birləşmələrinin cinayət əməllərini tam təfərrüatı ilə geniş şəkildə

ifşa etməklə bunu deməyə əsas verir ki, 1918-ci ilin Quba hadisələri erməni millətçilərinin

gələcək “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün

bölgələrində müsəlman əhalisinin sayını maksimum dərəcədə azaltmağa çalışan irimiqyaslı

əməliyyatlarının və planlarının tərkib hissəsi olmuşdur.

Sənədlər toplusuna həmçinin müəllif tərəfindən yenidən işlənmiş elmi-tarixi oçerk,

müfəssəl yardımçı – informasiya aparatı, mövzuya dair foto-şəkillər və Quba qəzasının 1918-

ci il xüsusi məzmunlu xəritəsi daxil edilmişdir.

© Solmaz RÜSTƏMOVA -TOHİDİ, 2013

© Heydər Əliyev Fondu, 2013

© Heydər Əliyev Mərkəzi, 2013