Background Image
Previous Page  11 / 324 Next Page
Information
Show Menu
Previous Page 11 / 324 Next Page
Page Background

7

Şirvan adlı geniş ərazilərdə yerləşən və Azərbaycanın orta əsr böyük feodal

dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin torpaqlarına daxil olmuşdur.

Orta əsr mənbələrində Şirvan və ya Şarvan adı altında Kür çayından şərqə

doğru, Xəzər dənizinin qərb sahillərini əhatə edən və qədim Qafqaz

Albaniyasının və ya ilk orta əsrlər Aranın tərkib hissəsi olan ərazilər nəzərdə

tutulurdu. Şirvan əyalətinin sərhədləri orta əsrlər boyu müxtəlif siyasi

hadisələr və işğallar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişdirilməsi

nəticəsində dəfələrlə dəyişikliklərə uğramışdır. Bəzi dövrlərdə Şirvanın bir

hissəsi Atropatenanın tərkibinə daxil olmuş, onun şimal sərhədləri isə uzun

müddət Cənubi Dağıstanın şəhər və kəndlərinə qədər uzanmışdır. (7)

Təsadüf deyil ki, “Quba” adı həmçinin orta əsr Azərbaycanının məş-

hur ticarət və mədəniyyət mərkəzi olan Şirvanın paytaxtı – “Quba-Şirvan

xalçalarını almaq üçün dünyanın hər yerindən insanların axışıb gəldiyi”

Şamaxı şəhəri haqqında yazılan mənbələrdə də xatırladılır. (8) Quba

nahiyəsinin əhalisinə gəldikdə isə qeyd edilməlidir ki, uzun minilliklər boyu

Şirvan torpağı bir-birini əvəz edən qafqazdilli, irandilli və türkdilli tayfalar

arasında rəngarəng əlaqələr və təmas meydanı olmuşdur. Bu yalnız yazılı

mənbələrlə deyil, həm də arxeoloji və toponimik məlumatlarla da təsdiq

edilir. Şirvanın qafqaz, iran və türk mənşəli qədim əhalisindən əlavə, bu-

rada VII-IX əsrlərdən başlayaraq ərəblər də yaşamışdır. “Mənbələr və toponi-

mik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət

yerli əhali eramızın əvvəlindən etibarən köçəri türklərlə intensiv surətdə

qaynayıb-qarışmışdır. Türk tayfalarının burada dərin kök salması Azərbaycan

xalqının etnogenezində mühüm komponentlərindən biri olmuşdur.

Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıb-

qarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksi-

kada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk və İran ünsürlərinin

davamlı və sabit olduğunu göstərir”. (9) Artıq XVI – XVIII əsrlərdə Azərbaycanın

etnik mozaikasının nəzərə çarpan hissəsini Türkiyədən Azərbaycana yeni kürd

tayfalarının köçməsi, habelə digər kürd tayfalarının Cənubi Azərbaycandan

Şimali Azərbaycana ölkədaxili yerdəyişməsi təşkil etmişdir. (10)

Şirvanın şəhərləri və digər yaşayış nahiyələri Səfəvi İranı ilə Sultan

Türkiyəsi arasında müharibələrin faciəvi və dağıdıcı nəticələrini müntəzəm

olaraq öz üzərilərində hiss etmişlər. Belə ki, XVI əsrdə osmanlılarla səfəvilər

arasında artıq 6-cı müharibə nəticəsində, türklər, 1578-ci ildə Şirvanı ələ

keçirərək, onu 2 əyalətə – Böyük və Kiçik Şirvana bölmüşlər. Quba 3-cü

inzibati sancaq qismində, mərkəzi Dərbənd şəhəri olmaqla, Kiçik Şirvanın

tərkibinə daxil edilmişdir. (11) Mənbələrdən göründüyü kimi, qubalılar

səfəvilərin tərəfində vuruşsalar da, qızılbaş hökmdarlarının hakimiyyətindən,

xüsusilə də Şah sarayının yerli məmurlarından və hərbi nümayəndələrindən

heç də razı deyildilər. (12)

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi