Background Image
Previous Page  16 / 324 Next Page
Information
Show Menu
Previous Page 16 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

12

həvalə edir. Lakin tezliklə Salyan yenidən Hüseyn Əli xanın əlindən alınır və

Nadir şah ona “yalnız Qubanı idarə etməyi” tapşırır. (27)

Bu dövr Quba əhalisi sənətkarlıqla və ticarətlə məşğul olan kiçik bir

şəhər idi. Akademik İ. Beryozinin fikrincə “böyük Qubanın” yaranmasına

səbəb Xudat şəhərinin inzibati mərkəz kimi öz əhəmiyyətini itirməsi və

1735-ci ildə xanlığın paytaxtının Qubaya köçürülməsi olmuşdur ki, bundan

sonra Xudat əhalisinin çox hissəsi də Quba şəhərinə köçmüşdür. Paytaxtın

köçürülməsinin 1747-ci və ya 1748-ci ildə baş verdiyi barədə digər fərziyyələr

də mövcuddur. (28) Beləliklə, Quba şəhəri 1735-ci ildə Hüseyn Əli xanın

dövründə eyni adlı xanlığın paytaxtı olur. Xanlığın tərkibinə əhalisi əkinçiliklə,

bağçılıqla və heyvandarlıqla məşğul olan yüzlərlə kiçik kəndlər də daxil idi.

Quba xanlığının özündə nisbi siyasi sabitliyə baxmayaraq, 1740-cı

illərdə onunla qonşu olan ərazilərdə – Şirvanda, Dağıstanda, Qarabağda,

Şəkidə Nadir şahın qoşunları ilə hələ də mərkəzi İran hakimiyyətinə tabe ol-

maq istəməyən yerli hakimlərin silahlı qüvvələri arasında hərbi əməliyyatlar

bitmirdi. 1743-cü ildə Şirvan ərazisində şah İranına qarşı xalq üsyanı

başlandı. Üsyan yalnız Nadir şahın artilleriyasının tətbiqi sayəsində yatırıldı

və bunun da nəticəsi olaraq üsyanın mərkəzi Yeni Şamaxı – Ağsu şəhəri tu-

tuldu. Elə həmin ilin noyabrında Nadir şah 15 minlik qoşunla Hacı Çələbi

xanın rəhbərliyi altında üsyan etmiş şəkililərə qarşı yürüş etdi. Yalnız iki il-

lik mübarizə və Şəki şəhərinin (Gələsən-Görəsən qalasının) mühasirəsindən

sonra, 1745-ci ilin fevralında Çələbi xan Nadirin hakimiyyətini tanımağa

məcbur oldu. Lakin bütün bu hərbi yürüşlər İran dövlətinin özü üçün də iz

buraxmadan keçmirdi. Nadir şahın hakimiyyətinin son illərində onun dövləti

kəskin surətdə yoxsullaşmışdı. Vəsaitlərə ciddi ehtiyacı olan Nadir şah bir-

birinin ardınca yeni fövqəladə vergilər haqqında sərəncamlar verməyə

başladı ki, bu da rejimə qarşı silahlı üsyanlar üçün bir təkan oldu və nəticədə

“xəracın ağırlığı ucbatından həm Gəncə, həm Samux, həm İrəvan, həm də

Aranın digər şəhərləri və təbəələri ondan ayrıldılar”. (29)

Beləliklə, Nadir şah hələ sağ ikən Azərbaycanın bu və ya digər əyalət-

lərinin mərkəzi hakimiyyətə tabeçiliyi sona yetdi və İrandan asılı olmayan

gələcək Azərbaycan xanlıqlarının əsası qoyulmağa başladı. Bu prosesin

Nadir şahın ölümündən (19 iyun 1747-ci il) sonra güclənməsi uzunsürən

İran hökmranlığının ləğv edilməsinə və on beş xanlığın yaranmasına gətirib

çıxardı: «... XVIII əsrin ortalarında artıq Azərbaycanın bütün ərazisində kiçik,

lakin faktiki olaraq İranın mərkəzi şah hakimiyyətindən asılı olmayan 17

xanlıq yaranmışdı. Onların hamısı şimalda İranın öz sərhədlərindən Böyük

Qafqaz sıra dağlarınadək, qərbdə Sultan Türkiyəsinin, Ermənistanın və

Şərqi Gürcüstanın sərhədlərinə, Xəzərin sahillərinədək Azərbaycanın tarixi

torpaqları hüdudunda yerləşirdi. ...Bütün bu xanlıqlar, bir qayda olaraq, ayrı-

ayrı tayfa nəsillərinə başçılıq edən Azərbaycan feodallarının kübar nəsillərin